adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Yanvar 2020 11:39
17912
SİYASƏT
A- A+

Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir - VİDEO

Göstərilən etimad, verilən səslər sayəsində 3, 4 və 5-ci çağırışlarda deputat seçilən və yaşadığı dairədən yenidən namizədliyi irəli sürülən Ülvi Quliyev ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də 15 saylı Yasamal birinci seçki dairəsindəki seçicilərinin dəstəyini gözləyir.

Deputatı olduğu ərazidəsakinlərin sosial problemlərinin və qayğılarının həllinə nail olan, rahat və ədalətli mühitdə yaşamasına şərait yaradan Ülvi Quliyevingördüyü işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Vətəndaşlar da bu illər ərzində onların problem və qayğılarından xəbərdar olanÜlvi Quliyevi yenidən deputatgörmək istədiklərini bildirirlər.

Ülvi Quliyev də sakinləri narahat edən problemləri səlahiyyətləri çərçivəsində dövlət qurumları qarşısında qaldırmaqda və onların problemlərinin həllini tələb etməkdə tərəddüd etməyəcəyini qeyd edib.