Əbülfət MƏDƏTOĞLU: DÜŞÜNDÜRÜCÜ SUAL

ƏBÜLFƏT MƏDƏTOĞLU
64264 | 2020-01-31 09:14

Öncə kitabın adından başlamaqistəyirəm. Həyat yolundan az-çox xəbərdar olduğum Eminin cəbhə bölgəsində tağımkomandiri kimi xidmət etməsinə istinad edərək elə bu sualın hardanqaynaqlandığını təxmin edirəm. Ağlıma gələn ilk variant da təbii ki, sözüngörünən tərəfidi. Yəni döyüş meydanında, səngərdə salamat qalan varmı?! Ammasual elə bu yozumla bitmir. Sözün altqatına enəndə onda daha gerçək bir mənzərə göz önündə canlanır. Və bir oxucuolaraq mən anlayıram ki, şair bilmək istəyir ki, o səngərdə oturanları, döyüşənləridüşünmək, xatırlamaq, dəyər vermək, onların haqqını öz haqqı kimi qəbul etməkiqtidarında olanlar varmı? Təbii ki, bunlar varsa, demək şəhidlər də sağdı, eləsəngərdə dünən də, bu gün də dayananlar da. Onlar sağdısa, deməli, itirilmiş əllərhər təmasda sıxılır. Və şairin də yazdığı bu misralar ürəyi ağrıtdığı kimi,duyğuları da, düşüncələri də ayaqda saxlayır:

Görüşəndə

sevgilisinin əlində

gözü axtarırdı

ona veriləcək gülləri.

İndi

kitabları arasında qurutduğu

Gül ləçəklərində axtarır

Sevgilisinin cəbhədə itirdiyi əlləri.

Bəli, bu mənzərəni mən şeirioxuya-oxuya bir neçə dəfə gözümün önündəcanlandırdım.

Özü də təkcə oxuduğum şeirə görəyox, həm də müharibənin canlı şahidi və iştirakçısı kimi dəfələrləqarşılaşdığım belə mənzərələrin içimdən gəlib keçən sızıltısını yenidəngördüyüm, yaşadığım üçün... Həmin anda Emin Piriyə bilmədim "sağ ol"deyim, yoxsa sadəcə susum. Zənnimcə, hər iki halda şair təşəkkürü də, həmin təşəkkürüifadə edəcək lal sükutu da haqq etmiş olur. Və...



Mənə aftoqrafla bağışlanmış"Sağ qalan varmı?!" kitabını demək olar ki, bir aya yaxındır ki, hərgün şeir-şeir oxuyuram. Yəni oxuduğum bir şeirdən ikincisinə keçməyə tələsmirəm.Axı atəşkəsdi, özü də Emin Pirinin dediyi Atəşkəs.

İyirmi illik

köhnəlmiş sözlərlə

başladı

televiziya

xəbər başlıqları:

atəşkəs pozulub...

düşmən susduruldu.

mərmilərə

atılan

Ana fəryadıyla.

Atəşkəsin mənzərəsi sözlədeyil, sanki fırçayla çəkilib. Və biz bütün "Xəbərlər" proqramında buşəkli tamaşaçı olaraq izləyirik. Və sonra da elə bil kimsə qulağımızapıçıldayır:

- Diqqətli ol!

Məncə bu çağırış da elə-belədeyil. Bunun da arxasında Emin Pirinin tapıb ortaya çıxardığı bir diqqətsizlikvar. Həmin diqqətsizliyi Emin biz oxuculara səmimi etiraf edir. Və yazır ki:

Bir az sərxoşluqdan,

bir az da söhbətin şirinliyindən

qırıldı şərab badəsi

yıxılıb əlimdən.

Baxıb

köks ötürdü

xidmətçi xanım:

"cənableytenant,

buda qadın ürəyi deyil ki,

diqqətsizlikdənqırasız!".

Düşünürəmki, bizi diqqətli olmağa çağıran cənab leytenant əslində özü də çox diqqətlidirvə heç nəyi də gözündən yayındırmır. Hətta xidmətçi qadının daşı hara atdığınıda gözəl bilir. Ona görə də onun "Qız qalası" şeirini də mən həmin notlar üzərində oxuyub başadüşdüm ki:

əsrlərindaş yaddaşında

süzərqolları

dövrəsindəkiqızlarla

yallıgetmək istəyər -

qollarınıaçan olsa.

Bəlkədə qoşulub gedər

götürübqaçan olsa.

Yəqinki, bu istəyin nəyə işarə olduğunu birbaşa da olmasa dolayısıyla fəhm etməkmümkündür. Elə mən də bax bu istəyin işığında, yəni "Tanrı səni qorusun,Allah" fikriylə razılaşıram. Və üstəlik həm də "Dua” da edirəm Emin Pirikimi:

Uşaqlıqdan

Tanrıtürkü qorusun

dedilərqulağımıza.

Böyüyübgördüm:

Yox!..

Tanrıtürkü qorumaqdan çəkinir,

Türkqoruyur Tanrını!

Ənyaxşısı:

Tanrıtürkü qorusun,

TürkTanrını!

Buyerdə "Amin" demək daxili bir zərurətə çevrilir. Yəqin ki, bu yazınıoxuyanda, bu nöqtəyə gəlib çatanda sizin də içinizdən "Amin" istəyi gəlibkeçdi.

MənEmin Pirinin "Sağ qalan varmı?!" kitabını oxuduqca bir məqamı xüsusilə(təbii ki, özüm üçün - Ə.M.) müəyyənləşdirdim. Gördüm ki, Emin nədən yazıryazsın, hansı mövzunu qabardır qabartsın, onun fərqinə varmır. Sadəcə olaraq, həminmövzuları səmimi pıçıltıya, isti bir söhbətə çevirir. Oxucu şeirlərlə bahəm, həmdə müəlliflə, yəni Eminlə həmsöhbət olur. Bu qarşılıqlı anlaşma, bu təmas şeiriətə-qana doldurur, onu dipdiri edir. Mən də gənc dostumu bu uğurlu kitaba görətəbrik edir və demək istəyirəm ki, Emin Piri, hələki sağ qalanlar var və onlarhər şeyi görür, duyur, düşünürlər. Elə səninyazdıqlarını da, özünü də!..



TƏQVİM / ARXİV