adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Yanvar 2020 16:17
9818
GÜNDƏM
A- A+

Parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub. Adalet.az-ın məlumatına görə, bu gün Mrkəzi Seçki Komissiyasnda exit-poll keçirmək istəyən təşkilatların müraciətinə baxlıb.

Əvvəlcə Əmək Hüquqlarının Müdafiə Liqasının ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) müraciətinə baxlıb. MSK sədrinin müavini Rövət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. O qeyd edib ki, təşkilat 1053 seçki məntəqələrində seçicilərin rəyini öyrənəcəklər.

R.Qasımov vurğulayıb ki, 2106 müsahibəçinin, 47 supervayzerin bu prosesə cəlb olunması nəzərdə tutulur. Müraciət səsə qoyularaq qəbul edilib.