Nicat NOVRUZOĞLU: İşsiz deputat

NİCAT NOVRUZOĞLU
111458 | 2020-01-31 09:00

Mən seçiciyəm. 16 saylıYasamal ikinci seçki dairəsində seçirəm. Həmişə seçmişəm. İndi də seçəcəm. Növbədənkənar olsa da.

Bizim dairəyə düşən kreslonunüstündə mübarizə aparanlar 25 nəfərdi. Səsimiz istəyirlər. Çıxartmağımızı yox,verməyimizi. İyirmi beşi də inanır ki, ona səs verəcəyik. Çünki nə danışırlarsahamısına başımızla razılıq bildirik.

25 nəfər hər gecə yuxusundakreslo görür. Sağa fırlanırlar, sola fırlanırlar.

Fırlanmayın. O kreslolarfırlanmır. Onlar ya dala gedir, ya da ki, qabağa. Gördüyümü deyirəm (yazıram).

Yəqin, yuxularında basırlarda. Düyməni deyirəm. Səsvermə düyməsini.

Onları qınamaq olmaz. Gün ərzindəbir belə ki, kreslo, düymə fikirləşirsən mütləqdir ki, yuxuda da onları görməlisən, fırlanmalısan,basmalısan. Təbiidir.

16-da seçmək hüququ olan 35min 257 nəfərik. Məntəqədə isə 1180 nəfər. Keçən dəfə Aytən Mustafazadəniseçmişik. Bu dəfə qatılmayıb.

Qatılanları tanımıram. Seçkiyədəkhansını yuxuda görsəm ona səs verəcəm. Lap işsiz də olsa.

İşsiz dedim o gün məhlədəqarşımı kəsənlər düşdü yadıma. İki nəfər idi. Əvvəl elə bildim qaz sayğaclarınıdəyişənlərdir. Qazlı gəlirdilər. Sonra məlumoldu ki, biri namizəd olmaq istəyir. Qol çəkdirir. Qeydiyyat üçün.

Cavan oğlan idi. Dedim, aybala, sən kimsən, hansı peşənin sahibisən? Dedi ki, indi işləmirəm. Amma əvvəllərmüxtəlif yerlərdə işləmişəm. Axırıncı iş yerim bank olub. İndi özümüdeputatlıqda sınamaq istəyirəm. Sənəduzadıldı mənə ki, bəs imzala. "Şəxsiyyət vəsiqəm üstümdə deyil” cavabı indiyənəcəndediyim ən müxtəlif yalanlarımınsırasında ürək "layk”ı qazandı. Yalanımözümə ləzzət elədi. Namizəd olmaq istəyən o dəqiqə yanımdan çəkilib digərqapını döyməyə getdi. Tələsirdi. Yəqin,o da başqaları kimi qeydiyyat vəsiqəsini alıb sosial şəbəkələrdə forslananlarınsırasına qoşulmaq istəyirdi.

Gənc gedəndən sonra fikirləşdimki, çətin namizədliyi üçün imza topalaya. Hansı işsiz işsizə imza atar. İşsiz ümidini deputata bağlayır.Deputat da işsiz oldusa day nooldu?!

Günkeçdi namizədlərin siyahısı işıqlandı. Baxam görəm ki, bizim dairədə nə az, nəçox 7 nəfər işsizin namizədliyi qeydə alınıb. Təsəvvür edirsiz? 25 nəfərdən7-si işsizdir. Bu edir həmin dairədən namizədlərin təxminən 30 faizi.

İndi qələmimi qarşıma qoyubfikirləşirəm. Əcaba, bu camaat bu işsizlərin kağızına necə imza atıb, nə deyibimza atıb?! İşsiz işsizdən nə gözləyir? Bəlkə də işsizin işsizə bir dəstəyidibu.

Keçdim ölkə üzrə növbədənkənaranamizədləri çək-çevir etməyə. Məlum oldu ki, 1374 namizəddən təxminən 269-u Mərkəzi Seçki Komissiyasındaişsiz kimi qeydə alınıb. Bu da edir təxminən ümumi namizədlərin 19 faizi.

Sual çoxdu. Bu haqda fikirləşin.Sizdə də xeyli sual doğacaq.

İşsizdə çətin pul ola. Heç bizişləyirik pulumuz yoxdu. Təbliğat və təşviqatın babat pul aparacağı mübarizədəbu işsizlər nə düşüblər ortalığa bilmirəm. Noolsun ki, namizədliyi qeydə aldırmaq asandır. Buasanlığın altında bir məsuliyyət var axı... Bu məsuliyyəti dərk etməyən işsizəimza atmağın özü elə məsuliyyətsizlikdi.

Qərarım qətidi. Mənə işsizdeputat lazım deyil. Heç yuxuma da girsə,onlara səs verəsi deyiləm.

Amma birdən işdi, səs veribonları seçsək kef olar. O dəqiqə gündə parlamentə bir ad qoyan ağzıgöyçəklərbaşlayacaqlar ki, işsizlər parlamenti belə getdi, işsizlər məclisi belə etdi. Hələbunun işsiz deputatın qapısına getməyi var. Get işsiz deputatdan iş istə gör sənənə deyəcək. Qayıdacaq ki, get gələnseçkiləri gözlə, bəlkə səni də seçdilər. Onda işsizliyin daşını atarsan.Olarsan deputat.



TƏQVİM / ARXİV