adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Yanvar 2020 09:10
27462
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SÜKUTLA...

Ürəyimin səsi yardı
Qibləsi, hər kəsi yardı!
Kəsi yox, yar özü , yardı -
Ürəyimi , lal sükutla...

Sığınacaq yuvam sevgi...
Bitməyəcək duam sevgi...
İstəyirsən duyam, sevgi -
Ürəyimi, bal sükutla?!

İçin-için kövrəldəcək
Çıtır-çıtır göynədəcək...
Həsrətinə öyrədəcək -
Ürəyimi xal, sükutla...

Xışladım hey ... mən bu şumu
Ələdim hey ... daşı, qumu...
Allahım, son umudumu -
Ürəyimi al, sükutla!..