adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Yanvar 2020 09:00
32507
SİYASƏT
A- A+

Aqil Abbas Kəhrizli kəndində seçicilərlə görüşüb - Fotolar

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonun Kəhrizli kəndində seçicilərlə görüş keçirib.

Kənd camaatı tərəfindən xoş qarşılanan Aqil Abbas onların problemlərini dinləyib. Cənab prezidentin ölkədə apardığı islahatlardan məmnun olduğunu bildirən kənd camaatı onları narahat edən problemlərdən də danışıblar.

Onlar Aqil Abbasdan əgər yenidən millət vəkili seçilərsə, Milli Məclisdə uşaq pulu, sosial yardım, əlillik pulu  ilə bağlı problemləri  dilə gətirməsini xahiş ediblər. Onlar kəndin qaz, su, işıq və yol kimi problemlərinin olmadığını da bildiriblər.

Aqil Abbas da öz növbəsində bütün problemli məsələlərin cənab Prezidentin nəzarətində olduğunu və tezliklə öz həllini tapacağını deyib. Bəzi problemləri isə elə yerindəcə həll edib.