adalet.az header logo
  • Bakı 16°C
25 Yanvar 2020 13:50
10338
GÜNDƏM
A- A+

ABŞ-da fabrik patlayıb: Ölü və yaralılar var

ABŞ-ın Texas ştatının Hyuston şəhərində bir sənaye sahəsinə aid binada partlayış olub.

Adalet.az-ın məlumatına görə, partlayışda iki nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir.

Patlayışdan sonra ərazidə meydana gələn yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Hyuston polis idarəsi partlayışın səbəbinə dair araşdırmaların 3-4 gün davam edəcəyini deyib.