adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Yanvar 2020 14:03
16831
GÜNDƏM
A- A+

Aqil Abbas seçicilərlə növbəti görüş keçirib - Fotolar

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonun Minəxorlu kəndində seçicilərlə görüş keçirib.

Artıq 15 ildir ki, seçiciləri ilə mütəmadi görüşlər keçirən Aqil Abbasın görüşünə bu dəfə də kənd camaatının böyük marağı olub. Onlar bu illər ərzində etimad göstərdikləri deputatları ilə səmimi söhbət etdilər, rayonda , kənd və kənd yollarında aparılan abadlıq işlərindən, dövlətin əhalinin sosial rifahına yönəli atdığı addımlardan razı qaldıqlarını bildirdilər.

Öz növbəsində ölkədə gedən islahatların əhəmiyyətindən və prezident İlham Əliyevin uğurlu siyasətindən  danışan  Aqil Abbas atılan addımların əhəmiyyətini vurğulayıb. Kənd camaatı da bu islahatları yüksək qiymətləndirdiklərini dilə gətirib və ən böyük arzularının Qarabağın tezliklə azad edilməsi olduğunu deyiblər.

Deputatlığa namizəd seçicilərinə 9 fevral tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyyə etdi. O, bütün bu illər ərzində olduğu kimi yenə də onların şikayət və problemlərini dinləməyə hazır olduğunu, həllində bütün imkanları ilə çalışacağını dilə gətirdi.