Bu bir həqiqətdir ki, sözə,şeirə könül verən ruh adamları ölümsüzlüyü haqq edirlər. Onların yaşayansözü özlərini də yaşadır və beləcə ölümsüzlük qazanan bu insanlar seçilənlərdənolurlar. Öncə Allahın seçdikləri, sonra da oxucunun. Bax bu mənada üzü geriyə,95 il bundan öncəyə boylananda bu zaman kəsiyində minlərlə, milyonlarla adamındoğulub ölməsi faktını təsdiq etmiş oluruq. Amma bu minlərin, milyonların içindəcismən torpaqlaşıb ruhən yaşayanlar da var. Onlardan biri də Azərbaycan ədəbiyyatıtarixində izi, sözü olan Adil Babayevdir...
Bəli, hələ orta məktəb illərindən tanımışam bu insanı. Daha doğrusu, sözlərinəyazılmış mahnılardan Adil Babayev adlı bir şairin, bir dramaturqun yaşadığını,millətinə aid olduğunu bilmişəm. Və özüm də sözə meylli olduğumdan sonra sözün işığındakitablarını əldə etmişəm, şeirlərini oxumuşam. Xüsusilə onun sonetləri həmişə məniözünə çəkibdir. Bu yığcam şeirlərdəAdil Babayev mənim üçün həm şair, həm rəssam,həm də indiki baxış bucağımdan desəm, operator kimi görünüb. Çünki o, sonetlərindəsözü rəsm kimi çəkib. O, rəsmi də operator kimi lentə köçürüb göstərib mənə. Buüç məqamın hər biri ayrı-ayrılıqdaistedad nümunəsidir, peşəkarlıq göstəricisidir. Görünür, Allah Adil Babayevi seçdiyi insanlardan etdiyi üçün onu belə şərəfləndirib- üç qabiliyyəti ona bir anda veribdi! Təbii ki, bu mənim fikrimdi, mənim mülahizəmdi. Və mən də bu fikrə, bu mülahizəyəonun öz söz dünyasından baxaraq, o dünyayaistinad edərək gəlib çıxmışam.
Adil Babayev yazır ki:
Əbədi tərk edəndə bu işıqlı həyatı,
Fikrimizin vüsəti, eşqimizinqanadı
Sözün varlığı ilə görünsün budünyada.
Bu sonetdə demək olar ki, hərşey var. İnsanın olumdan ölümə gəlməsi, buişıqlı dünyanı tərk etməsi. Ammabəs, qalan izlər? Bax elə qalanlar da fikrimiz, əməlimiz, eşqimiz və nəhayət,onların hopduğu sözdür. Bu söz bizi, indikiməqamda isə Adil Babayevi yaşadansözdür!
Şair yaşadığı dünyanınhər üzünü görməyə, hər üzündən işıqlı nə isə götürüb onun təravətini,odunu, gözəlliyini və eyiblərini öz sözünə büküb oxucuya təqdim edir. Amma buelə-belə təqdimat deyil, düşündürücü vənəticə çıxarılmasını tələb edən təqdimatdı. Bu sonetin ifadə etdiyi mənaya, məqama diqqət yetirək. Şair yazır ki:
Qalsaydı indiyəcən ilk od tapaninsan
Baxıb geniş aləmə odların arasından
Yəqin həm sevinərdi, həm xəcalət çəkərdi.
Əgər diqqət yetirsəniz burdaodu ilk tapan insanın simasında bütün insanların oda münasibəti ifadə olunub.Çünki o od insanın yaşamasına zəruri olan birvasitədir.
Amma insan odu həm də yaşadığıdünyanı cəhənnəmə çevirmək üçün dəistifadə edir. Özünün isindiyi ilə başqalarını yandırıb-yaxır. Məhz bu mənada da şairin dediyi həmin o ilkin nüansortaya çıxır: insan və od! O həm isidir,həm də yandırır. İkisini də idarə edən isə insandı. Bax elə oxucunu düşündürəndə, baxışlarının formalaşmasına kömək edəndə şairin sadə, amma qətiyyətli məntiqidi.
Şair Adil Babayev öz yaradıcılığında demək olarki, mövzu məhdudiyyətini hiss etməmişdi.O istər əmək adamından, istər təbiətdən, istər sevgidən, istərsə də adi biruşaq təbəssümündən də şeir yazanda özü kimiyazıb. Öz səmimiyyətini, öz duyğularınıortaya qoyub.
Təsəvvür edin ki, hər birvalideyn, hər bir insan birmənalı şəkildəolumun ölümlə başa çatacağını bilir. Amma hər kəs ölümdən sonraövladlarına nə qoyub gedəcəyinidüşünmür. Adil Babayev isə yazır:
Heyrətə salmasın sizi sözlərim,
O gün gələ bilər, lap bu gün,sabah.
Solmasın qızımınqara gözləri,
Oğluma düşməsinetdiyim günah.
Görün nə qədər sadə, səmimietirafdı bu, istəkdi bu. Əslində Adil Babayev kimi insanların hamısı bu əxlaqla, bu düşüncəyləbaxıblar cəmiyyətə, zamana. İstəməyiblər ki, özlərindən sonra övladlarıonların günahlarının acısını, xəcalətiniçəksinlər. Şükürlər olsun ki, Adil Babayev kimi insanlar düşündüklərini özlərindən çox-çox uzaqtuta biliblər. Yəni onların nə övladüçün, nə millət üçün "üz qaraları" qalmayıb.
Belə olan halda Adil Babayevin sevgilisinə, eləcə dəoxucusuna üz tutub bu misraları söyləməsihəm səmimidi, həm də inandırıcıdı.
Biz nəyik, sevgilim? Bir can,bir ürək,
Sevincim də sənsən, nisgilim dəsən.
Qəlbim illər boyu həsrət çəkərək
Tək səni seçibdi qızlar içində.
Çox səmimi, çox duyğusalbir poetik nümunə. Elə bumisraların işığında dünyanın ən gözəlqızına da Məcnun sevgisinietiraf etmək olar. Çünki bu misralardakı ruhun mayası paklıq və bir də sevgiyə inamdı. Məhzhəmin müstəvidə dayanıb başqa bir şeirə üz tutanda düşüncələrimdə yanılmadığıma bir daha əminoluram. Şair yazır ki:
Getdin, elə bildin unutdum səni,
Küsdün, elə bildin etibarsızam.
Eşqimin bu həzin xatirəsini
Gərək ahım ilə qəlbimə yazam.
Təbii ki, bu cür sevgisi, bucür səmimiyyəti olan şairin həsrəti də,çəkdiyi ah da səmimidi. Ona görə ki, hər şey Tanrıdan gəlir. Tanrıdan gələn isə aşiqin, bu yerdə isə şairin həmilham mənbəyinə çevrilir, həm də səmimipıçıltılarına.
Bəli, şair Adil Babayevözünün bütün yaradıcılığı boyu sözün qayğısına elə qalıb, sözdən elə istifadə edib ki, oxucuonu axtarıb, söz oxucudanqaçmayıb. Bunu Adil Babayevinbütün yaradıcılığı boyu izləməkmümkündü. Hətta şair yazanda ki:
Bir gün insanlara biganə olsam,
Bir gün qayğılardan kənarda qalsam,
Bir canlı meyidə dönmüşəm demək.
Düşünürəm ki, bu bəndin özündəmənim dediklərim, daha doğrusu, Adil Babayevin yaradıcılığından çıxartdığım nəticə özünü təsdiq edir. Deməli, şair sözü oxucu sözünə çevrilmək haqqını qazanır.
Yanvarın 27-də dünyayagəlib Adil Babayev. 1925-ci ildəNaxçıvanda doğulan Adil Babayevin 95yaşı tamam olur. Mən qəsdən bu xatırlamayaüz tuturam. Demək istəyirəm ki,Naxçıvanda doğulan şairin ilkyaradıcılıq nümunələri Tbilisidə oxuduğu iki illik ali müəllimlik kursunda daha qabarıq üzə çıxıb. Elə ilk şeirləri də Gürcüstanda çapolunub. Onun həyat yolunu izləyənlər, yaradıcılığını araşdıranlar buinsanın bir şəxsiyyət kimi də bütövlüyünü xüsusi vurğulayıblar. Mənə onuşəxsən tanımaq nəsib olmasa da, oxuduqlarımdan gəldiyimqənaət budur ki, Adil Babayev özününbütün yaradıcılığını ədəbiyyatımızın, sözümüzün xidmətinə veribdir. İstəretdiyi tərcümə əsərlərində, istər dramaturgiya sahəsində onun yeri, sözüolubdur. Buradaca onu da vurğulayım ki, Adil Babayevin layiqlivarisi olan, Azərbaycanın ədəbi ictimaiyyəti tərəfindən sayılıb-sevilən, dəyərli aydınımız EtibarBabayevin bir canlı nümunə kimi göstərdiyi xidmətlər Adil Babayevə mənibir köynək də yaxınlaşdırıb. Həm bu ailəbağlılığından şairi bir az da dərindəntanımaq imkanı qazanmışam. Ona görə də ədəbiyyatımızın cəfakeşlərindən olan Adil Babayev 95 yaşının işığında ruhuqarşısında baş əyməklə onun söz ömürlü olacağına inamımı məhz öz misraları ilə ifadə edirəm:
İnsanla torpağın qəlbi səsləşir,
Torpaq insan ilə müqəddəsləşir.
Torpaq insan varsadönür Vətənə!
Bəli, şairimiz haqlı deyir, həqiqətənboş səhralar heç də Vətən olmur, o zamana qədər ki, ora insan ayağı dəyir. Sözdə o vaxt urvatlı olur ki, onu xiridarışeirə çevirir. Bu torpağın şeirustalarından biri də unudulmaz Adil Babayevdir.
Ruhu şad olsun!