adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Yanvar 2020 19:13
9448
HADİSƏ
A- A+

Metroda nasazlıq baş verib, sıxlıq yaranıb

Bakı Metropolitenin Elmlər Akademiyası stansiyasında qatarların birində problem yaşanıb.

Trend-in məlumatına görə, vaqonların birinin qapısı açılmayıb.

Metropoliten əməkdaşları problemi aradan qaldırmağa çalışıb, lakin qapını işlək vəziyyətə gətirmək mümkün olmayıb. Sərnişinlərdən qatarları tərk etmələri xahiş olunsa da sərnişinlərin bir hissəsi müraciətə əməl etməyiblər. Qatar hərəkətinə davam edib.

Baş vermiş nasazlıq səbəbindən Elmlər Akademiyası stansiyasında izdiham yaşanıb və vaqonların hərəkətində gecikmə baş verib.