adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Yanvar 2020 17:47
30734
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÖMRÜM...

Hər an səninçün yanır -
Çıraq ömrüm, şam ömrüm...
Nəfəsin bələnəndə -
Olur bütöv - tam ömrüm!..

Təməlisən dözümün
Mayasısan sözümün...
Sən ol, nuru gözümün -
Alım səndən , kam, ömrüm!

Görəndən qəmin üzün
Yerə gəlibdi dizin...
Ot bitirir, tay izin -
Həsrət dolu cam, ömrüm!..

Sən ala bilmədin öc,
Bəxtini qınama, keç...
Gəldiyin kimi də köç -
Bu dünyadan xam, ömrüm!