adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Yanvar 2020 18:01
16157
MƏMLƏKƏT
A- A+

İstirahət günlərinin hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 

Adalet.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq. 

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq. Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq. 

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. 

Paytaxtda isə havanındəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi yanvarın 25-də gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 7-11 dərəcə isti olacaq.