adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Yanvar 2020 10:36
27724
DÜNYA
A- A+

Putindən dünyanın 5 nəhənginə mühüm təklif

Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasına daimi üzv olan ölkələrin dövlət başçıları ilə görüş keçirməyi təklif edib.

Adalet.az xəbər verir ki, Putin bunu Qüdsdə keçirilən "Holokost haqqında yaddaşı qoruyuruq, antisemitizmlə mübarizə aparırıq” forumunda çıxışı zamanı deyib. O, sülhün müdafiəsi üçün BMT-nin əsasını qoyan ölkələrin nümunə göstərməli olduğunu bildirib:

"Beş güc sivilizasiyanın qorunması üçün xüsusi məsuliyyət daşıyıcısıdır. Biz bəzi həmkarlarımızla müzakirələr aparmışıq və belə başa düşürəm ki, BMT Təhlükəsizlik Şurasının dövlət başçılarının görüşünə dair müsbət reaksiyanı görmüşük. Görüş həmkarlarımıza uyğun olan dünyanın istənilən yerində, istənilən ölkəsində keçirilə bilər. Rusiya belə ciddi danışıqlara hazırdır”, – deyə o bildirib.

Artıq Putinin bəyanatına BMT TŞ-nin daimi üzvü olan ölkələrdən cavab gəlib. Britaniya Xarici İşlər Nazirliyi Moskvadan Putinin təklifiylə bağlı detalları gözlədiklərini açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makron da Rusiya Prezidentinin təşəbbüsünü dəstəkləyib.

Eyni fikri Pekinin də bölüşdüyü bildirilib.