Kataloniya rəhbəri üçün parlamentə 48 saat vaxt verildi
Barselona vilayətinin seçki komissiyası Kataloniya parlamentinə Kataloniyanın rəhbəri Kim Torranın deputatlıq mandatını ləğv etməsi üçün 48 saat vaxt verib.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Məlumata görə, bundan öncə İspaniya Mərkəzi Seçki Komissiyası oxşar tələblə Kataloniya parlamentinin spikeri Roje Torrenə müraciət edib. Mətbuat hələlik Torranın deputat mandatından məhrum olacağı təqdirdə Kataloniya rəhbərliyindən də uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqqında heç bir informasiyanın olmadığını bildirib.
Qeyd edək ki, Torra 2018-ci ildən Kataloniya rəhbəridir. O, Kataloniyanın müstəqilliyinin tərəfdarı kimi tanınır.
Digər Xəbərlər
18 Aprel 2024 18:37
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər
18 Aprel 2024 16:56İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib
18 Aprel 2024 15:43İran əməliyyatdan 72 saat əvvəl Bakıya məlumat verib - Nazir AÇIQLADI
18 Aprel 2024 15:20