adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Yanvar 2020 10:11
12849
MƏMLƏKƏT
A- A+

Xırdalanda su olmayacaq

Xırdalan şəhərində yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulması ilə əlaqədar 24 yanvar 2020-ci il tarixində gün ərzində Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Adalet.az "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.