adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Yanvar 2020 17:05
22688
DÜNYA
A- A+

Köçəryanın ofisinin yerləşdiyi binada atışma

İrəvanın mərkəzində yerləşən "Erebuni Plaza” biznes kompleksində atışma baş verib.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı "SputnikErmənistan” yayıb.

Məlumata görə, atışma mərkəzin foyesində yerləşən kafelərdən birində baş verib. Bina polis tərəfindən mühasirəyə alınıb. Artıq silahlı şəxs polis tərəfindən saxlanılıb.

Erməni mətbuatının yazdığına görə, silahlı şəxs Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ofisinin yerini soruşub.

Qeyd edək ki,"Erebuni Plaza”da Ermənistanın eks-prezidenti Robert Köçəryanın ofisinin yerləşir.