adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Yanvar 2020 16:52
12004
GÜNDƏM
A- A+

Əsir və girovların yaxınlarının qarşılıqlı səfəri baş tuta bilər

Ermənistanda, Azərbaycanda və Qarabağda (Azərbaycanın işğal edilmiş ərazisi-red) saxlanılan şəxslərin yaxınlarının qarşılıqlı səfərlərinin təşkili məsələsi gündəliyə daxil edilib.

Adalet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib. Onun sözlərinə görə, hazırda bu məsələ gündəmdədir:

"Ümid edirəm ki, belə humanitar addımın təşkili üçün lazımi formatı tapacağıq. Bu, sırf humanitar addımdır, humanitar təşəbbüsdür. Ona görə də bu addımın etimad tədbirlərinin qurulmasında mühüm rol oynayacağına inanırıq”.