adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Yanvar 2020 15:43
22689
DÜNYA
A- A+

Qazaxıstanda qızılca 21 nəfəri öldürdü

Qazaxıstanda 2019-cu ildə 21 nəfər qızılcanın qurbanı olub.

Adalet.az-ın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Jandarbek Bekşin brifinq zamanı deyib.

O bildirib ki, xəstəlikdən ölənlərin 19 nəfəri uşaq olub.

Nazirlik nümayəndəsinin sözlərinə əsasən, ölənlər qızılcadan peyvənd olmayıblar.

Qeyd olunur ki, ölkədə qızılcaya qarşı peyvəndin aparılması üçün 2 milyondan çox vaksin əldə olunub.