adalet.az header logo
  • Bakı 19°C
23 Yanvar 2020 15:06
10421
GÜNDƏM
A- A+

Azərbaycan 2020-ci ilin ən yaxşı ölkələri siyahısında

Azərbaycan "U.S. News & World Report” media şirkəti, "BAV Group” və Pensilvaniya Universitetinin Uorton məktəbinin tərtib etdiyi "2020-ci ilin ən yaxşı ölkələr”i siyahısına düşüb.

Adalet.az-ın məlumatına görə, müxtəlif kateqoriyalar üzrə tərtib olunan reytinqdə 80 ölkə yer alıb.

Azərbaycan reytinqdə 70-ci yerdən 61-ci yerə yüksəlib. Ölkə iqtisadi inkişaf tempinə görə 36-cı, gücə görə 45-ci olub.

Reytinqdə ilk beşlikdə İsveçrə, Kanada, Yaponiya, Almaniya və Avstraliya yer alıb.