adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 Yanvar 2020 13:54
20026
ŞOU-BİZNES
A- A+

Şəbnəmi əsəbləşdirdilər: “Həcüdən ayıbdır”

Müğənni Şəbnəm Tovuzlu müxtəlif pozalarda paylaşdığı şəkillərə görə sosial şəbəkə istifadəçiləri tərəfindən zaman –zaman qınanıb, yaxudda gülüş obyekti olub.

Adalet.az xəbər verir ki, müğənninin sonuncu paylaşdığı fotodan sonra isə sosial şəbəkə izləyicisi ilə söz savaşına çıxıb.

Beləki, sənətçinin "Instagram” hesabında paylaşdığı əlində şərab qədəhi olan fotosumüzakirələrə səbəb olub. Rauf Tağıyev adlı izləyicisinin "Həcüdən ayıbdır” şərhiŞ.Tovuzlunu özündən çıxarıb.

Rəyə kifayət qədər əsəbiləşən sənətçi onu həyat yoldaşı"Həci” ilə görüşə çağırıb:

"Narahat olma, Həci hər gün yanımızdadır. Niyə narahatsan belə? İstəyirsən, nömrəni yaz "direct”ə,səhər yığsın, görüşsün, Əli də qucağımızda gələk”.

Qeyd edək ki, müğənni Ş.Tovuzlunun əvvəlki nigahından bir qızıvə hazırkı həyat yoldaşı "Həci”dən Əli adlı oğlu var.

Yeri gəlmişkən, Hacı kimi tanınan şəxsin əsl adı isə Rafiqdir. Şəbnəmlə Rafiqin arasında 9 yaş fərq var. Hacı Rafiq biznesmendir. Bakı metrosunun "Memar Əcəmi” stansiyasının yaxınlığında, Nizami küçəsində geyim mağazası İçirişəhərdə, Tovuzda, Gəncədə obyektləri var. Şəbnəm Tovuzlu hazırda Rafiqin ona hədiyyə etdiyi evdə yaşayır.

Əntiqə Rəşid