adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Yanvar 2020 11:36
60844
ƏDƏBİYYAT
A- A+

Türk qambiti

"Qanun” nəşriyyatı rus yazşçısı Boris Akuninin "Türk qambiti” romanını Mehman Cavadoğlunun tərcüməsində nəşr edib. Erast Fandorinin macəraları seriyasından tarixi detektiv mövzusunda yazılmış əsərdə hadisələr 1877-78 –ci il Rusiya-Türkiyə müharibəsi dövründə cərəyan edir. Adalet.az həmin əsərdən bəzi maraqlı parçaları diqqətinizə çatdırır.

Yedinci fəsil

Varya namuslu qadın adını

itirir

"Moskskiye qubernskiye vedomosti”,

22 iyul (3 avqust) 1877-ci il.

Bazar günü felyetonu

"Sizin sadiq nökəriniz ötən aylar bizim arxa cəhhənin daimi sakinlərinin məskəninə çevrilmiş bu şəhərin vaxtilə Pazçalan təxəllüslü, başqa bir adı da Drakula olan knyaz Vlada tərəfindən salındığını öyrənəndə hər şey aydın oldu. İndi məlum olur ki, Bukareştə bir rublu niyə ən yaxşı halda üç franka dəyişirlər, nəyə görə adi yeməkxanadakı bərbad bir nahar "Slavyan bazarı”ndakı banketin qiymətinə başa gəlir, mehmanxana otağına görə pul verəndəsə elə bil Bukinhem sarayına icarə haqqı ödəyirsən. Lənətə gəlmiş xortdanlar rus qanını sorur, sorur, iştahla dodaqlarını yalayır, hələ bir tüpürürlər də. Hər şeydən pisi odur ki, üçüncü dərəcəli alman şahzadəsini rumın hökmdarı seçəndən sonra öz muxtariyyatına görə istisnasız olaraq Rusiyaya borclu olan bu Dunay əyaləti kolbasa və sardelka iyi verməyə başladı. Boyar-qospodarların gözü qerr[1] Bismarkdadır, bizim rusak[2] qardaşlarsa burda əmi oğlu keçi sayılır: əmcəyini dartır, sonra da üstdən aşağı baxırlar. Belə çıxır ki, onlar Plevna çöllərində öz müqəddəs qanlarını rumınların azadlığı naminə axıtmır?!”

Varya yanılmışdı, çox pis yanılmışdı. Bukareşt səfəri xeyli darıxdırıcı oldu.

Rumın knyazlığının paytaxtında istirahət etməyə fransızdan başqa daha bir neçə jurnalist yollanmışdı. Hamıya aydın idi ki, yaxın günlərdə döyüş meydanında maraqlı bir şey olmayacaq, ruslar Plevna müsibətindən tezliklə özlərinə gələ bilməyəcəklər. Odur ki, jurnalist can-ciyərlər arxa cəbhənin kefini çıxartmaq həvəsinə düşmüşdülər.

Hazırlıq uzun sürdü, yalnız üçüncü gün yola düzəldilər. Varyanı xanım olduğuna görə Maklaflinin yüngül gəzinti arabasına mindirdilər, qalanlarsa atla gedəsi və Yataqanın yavaş yerişindən bezmiş fransıza uzaqdan baxmalı, söhbətisə irlandla eləməli oldu. O, Varyayla Balkanların, Londonun və Orta Asiyanın iqlim şəraitiylə bağlı hərtərəfli müzakirələr apardı, öz ekipajının ressorlarının quruluşu haqqında məlumat verdi və bir neçə çətin şahmat etüdlərinin ətraflı şəkildə təsvir elədi. Bütün bunlardan əhvalı korlanan Varya yoldaşlarına, o cümlədən atılıb-düşməkdən sifəti qızarmış d`Evreyə düşmən kimi baxmağa başladı.

Yola şıxdıqları ikinci gün – artıq Aleksandriyanı keşmişdilər – bir az maraqlı oldu, çünki Zurov da gəlib süvarilərə qoşulmuşdu. O, döyüşdə fərqlənmiş, igidliyinə görə Sobolyovun adyutantı olmuşdu, hətta, general, deyəsən, onu "anna”ya da təqdim etmək istəyirmiş, ancaq qusar bunun əvəzində ondan bir həftəlik məzuniyyət qopartmışdı əvəz eləmişdi – öz diliylə desək quluncunu qırdırmaq üçün.

Əvvəlcə rostmistr Varyanı cigitlik eləməklə əyləndirməyə başladı: atın belində ora-bura şütüyərək çapa-çapa mavi zəngçiçəklərini dartıb qopardır, qızıl imperialları atıb-tutaraq hoqqabazlıq edir və yəhərin üstündə ayaq üstə durub çapırdı. Sonra Maklaflinlə yerini dəyişməyə cəhd göstərdi, ancaq çox soyuqqanlı və qəti rədd cavabı aldığını görüb fağır hambalı kürən madyanına mindirib özü onun yerində qozlaya oturdu və dərhal başını döndərək öz qəhrəmanlığı və təzə adyutantın qanlı-bıçaq olduğu qısqanc Jeromka Perepalkinin fitnə-fəsadları haqqında hap-goplarıyla Varyanı xeyli güldürdü. Beləcə mənzi başına çatdılar.

Erast Petroviçin dediyi kimi Lukanı tapmaq çətin olmadı. Təlimata uyğun olaraq Varya ən bahalı "Ruayyal” mehmanxanasında qaldı, qapıçıdan podpolkovnik haqqında soruşdu və məlum oldu ki, son excellence[3] burda çox məşhurdur – dünən də, srağagün də restoranda kef edirmiş. Yəqin ki, bu gün də gələcək.

Axşama hələ çox var idi. Varya dəbdəbəli Kalya-Moqoşoya gəzməyə getdi. Çadır həyatından sonra bura onun gözünə Nevski prospekti kimi görünürdü: bər-bəzəkli ekipajlar, dükanların pəncərələri üstündə zolaqlı markizlər, gözqamaşdıran cənub gözəlləri, mavi, ağ, hətta çəhrayı syürtuk geyinmiş şəkil kimi qarabuğdayı oğlanlar və mundirlər, mundirlər, mundirlər. Rus və fransız dilləri rumın dilini tam üstələmiş, eşidilməz etmişdi. Varya əsl müasir bir kafedə iki fincan kakao içdi, dörd pirojna yed