adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Yanvar 2020 08:25
30366
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ADSIZ ŞEİR...

Tüstüm külək əlində
İsmim fələk dilində...
Qəm köynəyin dəyişdim-
Günün mən hər ilində!..

Acım bəbək göynətdi
Kirpiklərim duzlandı...
Süzülən damlalarla -
Yanağımda buz yandı...

Sıxdım dırnaqlarımla
Ürəyimi əsəbi...
Mən öz cırmaqlarımla -
Qana bükdüm əzabı...

Zamanın çınqıları
Damğa basdı ruhuma...
Məni kirayişin et,
Bir gecəlik yuxuna...