adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Yanvar 2020 15:47
8251
GÜNDƏM
A- A+

İqbal Ağazadənin seçiciləri ilə növbəti görüşü - Fotolar

Deputatlığa namizəd İqbal Ağazadə İ.İsmayılov küçəsində seçiciləri ilə növbəti görüşünü keçirib.

Adalet.az xəbər verir ki, seçicilərə "əziz doğmalarım" - deyə müraciət edən İ.Ağazadə onun görüşünə gələnlərə təşəkkür edib. Hər zaman seçicilərinin yanında olduğunu, onların ehtimadına layiq olmağa çalışdığını bildirib. Milli Məclisdə hər zaman xalqın sözünü dediyini, haqqı pozulanların yanında olduğunu, heç zaman ağa qara demədiyini, təkcə öz seçicilərinin deyil, bütöv Azərbaycan problemlərinin Milli Məclisdə həllinə çalışdığını qeyd edib.

O, təhsil, səhiyyə, sosial müdafiə, pensiya yaşının aşağı salınması, uşaq pulunun verilməsinin vacibliyini qeyd edərək bu problemlərin həlli üçün hökümət qarşısında məsələ qaldıracağını söyləyib.

Çıxış edən seçicilər də İ.Ağazadənin əvəzsiz bir millət vəkili olduğunu bildirərək, hamılıqla ona səs verəcəklərini söyləyiblər.