adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil Abbasın deputat olmağını niyə istəyirəm? - Ulucay Akif yazır

9210 | 2020-01-22 12:57

Yaxşı, gəlinzarafatı qoyaq bir qırağa, seçkilərlə bağlı ciddi söhbət edək.

Deyin görək, sizbu seçkilərdə kimin millət vəkili olmağını istəyərdiniz?

***

Mənim millət vəkilikimi görmək istədiyim bir namizəd var, o da Aqil Abbas.

Bu fikirlərimikim necə istəyirsə, elə də qəbul edə bilər, amma mən yenə də bunları demək istədim.

***

Əgər bircə gün gəlibbizim redaksiyada otursanız, gün ərzində Aqil müəllimin yanına problemi olanneçə vətəndaşın gəldiyini görərsiniz. Və mən "Ədalət" qəzetindəçalışdığım bu müddətdə hələ bir dəfə də olsun Aqil Abbasın kimisə qəbul etmədiyinigörməmişəm.

Qəbul etmədiyinideyəndə ki, onsuz da öz otağı yoxdu, hərəmizin otağında 5 dəqiqə oturubgedir.

Ağlınıza gələbiləcək hər cür problemlə müraciət edən adamlar olur. Problemin Aqil müəlliməaidiyyatı oldu, ya olmadı, fərq etmir. O da həmin problemi mütləq həll etməyəçalışır.

Telefonuna gələnbütün zəngləri "bu kimdi?" deyəndə belə, yəni zəng edən adamıtanımayanda belə açır. Vallah, indiki dövrdə bu çox böyük şeydi. Bütün zənglərigörməzdən gələn o qədər xırda "vəzifəlilər" var ki.

***

Aqil müəllimparlament buraxılandan sonra da vətəndaşları qəbul etməyə davam edirdi. Yənikömək etmək onun ürəyindən gələn bir şeydi, vəzifə gərəyi deyil.

Özü də fikirvermişəm, kiminsə probleminə qulaq asanda, həmin adamdan daha çox kədərlənir.

***

Hə, bax bütün busəbəblərə görə Aqil Abbasın millət vəkili seçilməsini canı-könüldən istəyirəm.Bacardığı qədər adamların problemlərini həll edəcəyini bilirəm deyə.

Ulucay Akif

TƏQVİM / ARXİV