adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Yanvar 2020 12:19
30425
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ŞƏKLİNLƏ SÖHBƏT

Öpdüyüm bir şəkilin -
Yanaqları xallanıb...
Öpüşlərdən dodağım -
Şəkərlənib, ballanıb...

Mənə gəlibki elə
Əlim toxunur telə...
Ümidlənmişəm belə -
Öz- özümə aldanıb!

Gəmisində Nuhumun,
Yozumu yox, yuxumun!
İşığı da ruhumun -
Sənə tərəf sallanıb!

Ələk zaman seçimdə
Mən nə əkdim, biçdim nə?!
Gecə, gündüz içimdə -
Acgöz həsrət yallanıb...