adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Yanvar 2020 09:30
30566
ŞOU-BİZNES
A- A+

Nanənin “estetik”li qalmaqalı: Bu dəfə dişləri müzakirə edildi

Aparıcı Nanə Ağamalıyeva son günlər görünüşü ilə diqqət çəkir.

Azərbaycanın tanınmış aparıcısı Nanə Ağamalıyevanın xarici görünüşündəki dəyişiklik uzun illərdi müzakirələrə səbəb olur.

Hələ ötən il teleaparıcı üzünə estetik müdaxilə etdirdiyini bütün "TV-maqazin” xəbərləri yaymışdı. Məlumatda Ağamalıyevanən "rutidektomiya" (üz dərisinin dartılması) əməliyyatı etdirdiyi deyilirdi. Bundan başqa, onun üzünə dolğu maddələri vurdurduğu iddia edilib.

Sosial şəbəkə istifadəçiləri isə rəylərində Nanənin instaqramda paylaşdığı fotolara "fotoşop”la müdaxilə etdiyini, üzünü hiss ediləcək dərəcədə hamarlaşdırdığını və parlaqlaşdırdığını iddia edirlər.

Adalet.az xəbər verir ki, Nanə Ağamalıyeva üzündəki dəyişikliklərə görə yenidən gündəmə gəlib. Sənətçinin dodaqlarını böyütdürməsi onun dişlərini daha ön plana çıxarıb. Həmçinin, Nanənin efirə pariklə çıxması da gözdən yayınmayıb.

N.Ağamalıyevanın görünüşündə olan bu dəyişiklik yenə də sosial media istifadəçilərinin də diqqətindən qaçmayıb. Onlar aparıcının estetik müdaxilələr etdirməsini müsbət qarşılamayıb. Bir çoxları Nanənin böyük dişlərinin onun normal danışmasına mane olduğunu vurğulayıb.

Nanə isə yazılan rəylərin qarşısını almaq üçün şərh bölməsini bağlayıb.

Əntiqə Rəşid