adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Yanvar 2020 16:22
23856
DÜNYA
A- A+

BELARUS AXIR Kİ, NEFT ALMAĞA ÖLKƏ TAPDI

Rusiyanın şərtlərindən narazı qaldığı üçün müqavilə bağlamaqdan imtina edən və yeni ildən bu yana neft axtarışına çıxan Belarus axır ki, çıxış yolu tapıb.

Belarus Norveç neftini idxal etməyə başlayıb. "Reuters"in verdiyi xəbərə görə, bu barədə "Belneftekim" dövlət konserni məlumat yayıb. Məlumatda bildirilir ki, Belarus Neft Şirkəti 80 min ton Johan Sverdrup markalı neft alıb. Yük yanvarın 22-də Litvanın Klaypeda limanına çatdırılacaq, oradan neft dəmir yolu ilə Novopolotsk neft emalı zavoduna aparılacaq.

Norveç neftini satan şirkət məlum olmasa da, lakin agentliyin mənbələrinə görə, bu Fransanın Total şirkəti ola bilər. Johan Sverdrup növlü neft keyfiyyət xüsusiyyətlərinə görə Urals markalı rus neftinə bənzəyir. Onun tədarükü 2019-cu ilin payızında Norveçin şelfində eyni adlı sahənin istifadəyə verilməsindən sonra başlayıb.

İqtisadçılar Minsk üçün bu alışın Rusiyadan tədarükdən daha baha olduğunu qeyd edib. Təkcə nəqliyyat xərcləri - neftin dəmir yolu ilə emalı və daşınması - bir ton üçün 20 dollardan baha başa gəlir. Lakin Belarusda isə hesab edirlər ki, Rusiya neftini almaq onlara dünya bazarındakı qiymətlərdən də baha başa gələcək.

Onu da qeyd edək ki, Belarus Baş nazirinin müavini Dmitri Krutoy Rusiyayla neft tədarükü ilə bağlı aparılan danışıqların heç bir nəticə vermədiyini də bildirib. Nəticədə prezident Aleksandr Lukaşenko başqa yerdə neft axtarmağa göstəriş verib.Buna görə də respublika "bütün mümkün ölkələrə" -Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft alışı ilə bağlı təkliflər göndərib: «Biz indi bu məsələ ilə məşğuluq. Hökumət alternativ neft tədarükü üçün yollar axtarmağa davam edir, bütün mümkün variantları öyrənir. Biz müvafiq kommersiya təkliflərini göndərmişik. Belarus Neft Şirkəti, demək olar ki, hər gün danışıqlar aparır. Düşünürəm ki, burada da tezliklə konkret neft tədarükü üçün alternativ variantlar tapacağıq», - deyə D.Krutoy bildirib.

MEHRİBAN