Rüstəm HACIYEV: DEDİK BİZ DƏ ONLAYN SƏSVERMƏDƏ DƏSTƏDƏN GERİ QALMAYAQ

RÜSTƏM HACIYEV
167345 | 2020-01-23 09:43

Maşallah, özəl telekanallarımızçox, hansını açırsan bütün günü yarışmalar gedir: meyxanaçıların,xanəndələrin, aşıqların, sazçalanların, hansısamusiqi alətlərində çalanların…Bir arada şairlərinkikeçirildi, o da yarımçıqqaldı. Hələ «Maşın şou» da ayrıca!

Və yarışmaçılar da üzlərinituturdular, qohum-əqrəbaya, dosta-tanışa, həmyerlilərinə və sair və ilaxır ki, mənə səs verin. Vəbu səsvermənin sonunda qalib müəyyənolunurdu, arada qazananmobil telefon şirkətləri və televiziya olurdu.

Gürcüstanlı iş adamı dostumla ofisində çay içirdik. Telefonuzəng elədi, Gürcüstandakıyaxın bir qohumu idi. Dediki, bəs, oğlum filan səs yarışına qoşulub, elə et ki o, qalibolsun, ən azı on min dollarlıq səs göndərt. Dostum dadeyir ki, ay başına dönüm, oğlun tələbədi, orda-burda qalır, elə o 10min dollara ona ev alarıq, rahatyaşasın, neyləyirsən onu. O da nırx dirəndi ki, ev lazım deyil ey, sən ona səsgöndərt.

Dostum işçiləri çağırıbon min dollar verdi ki, bəs filankanaldakı yarışmada filankəsə onmin dollarlıq səs göndərin.

Sonra da başını buladı, kasıbadamdı, elə desəydi ona bir ev alardım.

İndi saytlarda Milli Məclisə seçkilərlə bağlı namizədlərə kim nə qədər səs verə bilər, onlayn səhifə açıblar. Qırğıngedir.

Xalid Kazımlı bu mövzuya iki yazı həsr edib, daha doğrusu, məzələnib. Eləcə də jurnalist Əzizə İsmayılova da bu məsələyə toxunubfacebook səhifəsində. Xalid bəyin yazısınıhəm sayta, həm də qəzetdəpaylaşmışıq, Əzizə xanımınyazısını da həm saytda, həm dəsabahkı qəzetimizdəoxuculara çatdıracağıq.

Bizim də bir namizədimiz var,dedik dəstədən geri qalmayaq.

Əziz Şirvan camaatından, xüsusiləSabirabaddakı dostlardan, Şamaxıdakı əqrəbalardan , Yekaterinburqdakıiş adamı Seymur bəydən və onun dostlarından , Peterburqdakı avtoritet Muradqardaşımızdan və onun şirkətində çalışanlardan, «Barselona»nın bütünfutbolçularından, «Qalatasaray»ınbütün azarkeşlərindən ,Bakının Novxanı kəndindən , Ağcakənddən Elman müəllimin qohumlarından, Yevlaxdan şair Zakir Fəxrininbütün əzizlərindən, BərdədənElgiz və Elbrus qardaşlarından , Trabzonunbələdiyyə başqanından , Komandirdən,Drakondan, Pələngdən – «Dolu» filmininbütün kollektivindən, Ağdamın Qasımbəyli qəsəbəsindən, Alıbəyli qəsəbəsindəkidostlardan, Quzanlıdan Teyyub müəllimdən və nəslindən, İmişlidən Qəşəm Nəcəfzadənin həmkəndlilərindən, Qazaxdan VəliXramçaylının qohumlarından, GəncədənFikrət Verdiyevi sevənlərdən, Tərtərdən Qədir müəllimdən, Kəlbəcərdən Sücaəti sevənlərdən – Hidayətdən asobu, Naxçıvandan Məmməd Arazı sevənlərdən,həm də qohum-əqrəbalarından, Moskvadanxalaoğlu İslamdan , Somalidəkibütün müsəlmanlardan SƏS GÖZLƏYİRƏM!

Mənəonlayn səs verin, sizin səsinizəçevrilim!

Vəsonda. Baxıram, seçiciləri ilə görüşənlərə mütləq bir mız qoyub lağ eləyirlər. Deməli, lazım deyil də seçicilərlə görüşmək, kənd-kənd,qapı-qapı düşmək, nə bilim görüşlər təşkil etmək, problemlərini dinləmək.

Əsasodur ki, manitor arxasında virtuallider olasan və hansısa saytlarınvə onlarla əlbir olanların İP problemlərinihəll edəsən.


TƏQVİM / ARXİV