adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Yanvar 2020 16:49
7972
GÜNDƏM
A- A+

İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub

İran parlamentinin deputatı Əhməd Həmzə ABŞ prezidenti Donald Trampı qətlə yetirən şəxsə 3 milyon dollar pul mükafatı vəd edib.

Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, o, pul mükafatını təmsilçisi olduğu Kirman vilayətinin əhalisinin adından verəcəyini söyləyib.

Xatırladaq ki, Kirman yanvarın 3-ü Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində ölən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Qasım Süleymaninin doğulduğu bölgədir.