adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Yanvar 2020 16:15
7953
GÜNDƏM
A- A+

Abşeronda yük maşını orta yaşlı kişini vuraraq öldürüb

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 20-də saat 2 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Mikayılov idarə etdiyi "KamAZ” markalı avtomobillə yolun kənarı ilə gedən 40-50 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.