adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Düşmən yeməyə, biz gülə - HÜCUM

CEYHUN MUSAOĞLU
75009 | 2013-05-17 13:14

"Gül bayram”ından sonra güllərə hücum ediblər. Hadisə polislərin gözləri qarşısndaolub. Onlar hücuma icazə veriblər. Ancaqhədəfi düz seçə bilməmişik. Güllərə yox, onların becərildiyi torpağa hücum etməklazım idi. O güllər 3 gündən sonra solacaq, onları yaradan torpağın tərkibində isə müxtəlif münbit gübrələr var, neçə il istəsəngül əkə bilərsən. "Odnorazoviy" düşüncənin əsiriyik. Torpaq bizlikdeyil, üstündəki gülü, bülbülü, qoyunu-quzunu isə istəyirik. İyləyirik,yeyirik. Gül solur, yediyimiz isə gedir. Əbədi qalan torpaqdı. Əbədiyyət bizlikdeyilmiş. Niyə? Axı niyə əbədi olmaq istəmirik?

Statusumdu. Altında güllərə hücüm səhnəsini əks etdirən hadisəninvideosunu da paylaşdım. Sağolsun dostlar, statuslarıma biganə qalmırlar. Bu dəfədə belə oldu. Rəssam düşüncəsinə heyran olduğum virtual xanım dostlarımdan biri-Tura Dünyamalıyeva rəy yazdı: "İş də ondadır ki, biz bərk istəməyi bacarmırıq,tənbəlik”. Olduqca pis xarakterim var. Həmişəən sonuncu məntiqi deməyə can atıram. Canımı atdım. Ruhum qaldı. Sonra ruhum mənədedi və onun dediyini Tura xanıma cavab olaraq rəy yerinə yazdım. Beləydi:"Yox, dostlar. Biz əbədi həyat olduğunu bilmirik. Bizə həmişə deyiblər ki, həyatmüvəqqətidi. Bizi aldadıblar, dostlar. Heç olmasa bundan sonra kimə əlinizçatırsa, saxlayıb, qulağına pıçıldayın ki, həyat əbədidi. Ona deyin bilsin ki,heç vaxt ölməyəcək. Bu dünya dağılacaq, əlbəttə. Ancaq yeni dünya qurulanda yenəo var olacaq, ondan danışacaqlar. Yeni dünyanın adamları bizim dünyanınn - köhnədünyanın adamlarının əməllərindən xəbər tutacaq. Pisləri xatirələrindən siləcəklər,yaxşıları isə yaşadacaqlar. Yaxşıların övladlarını, nəvələrini, nəticələrini, kötücələrini,hətta yadıcalarını, itlərini, pişiklərini belə, yeni dünyanın adamları çox istəyəcək,hörmət edəcək. Məgər bu, əbədi yaşamaq deyilmi? Əgər kötücəmə belə, mənə görə,mənim bir vaxtlar kişi kimi yaşadığıma görə hörmət edəcəklərsə, CeyhunMusaoğlunun nəslindəndi deyib, yeni dünyanın adamları kötücəmin qulluğunda dayanacaqlarsa,bu o demək deyilmi, mən ölməmişəm, yaşayıram, əbədiyəm? Ölmüşəmsə, bəs ondakötücəmə niyə hörmət edir, məndən min il sonra yaşayıb, yeni dünyanın sakinləriolanlar? Həyat həmişə var. Və dünya cəmi bir dənədi. O da burdadı. sadəcəsivilizasiyalar çoxdu. İnsanlara belə deyin, dostlar. Onları əbədi olduqlarınainandırın”.

Ruh əkzləri bir-birinə fiziki əkizlərdən daha doğmadır, daha eynidilər.Tura Dünyamalıyeva da mənimlə ruh əkizi olandostlarımdandı. Hardan bildim? Sonuncu məntiqi demək üçün canatmağından. O da canını atdı. O da ruhundan eşitdiyini rəy yerinə yazdı.Oxuyaq: "Dünya dağılacaq , sonra yenə ortaya bir axmaq tarixçi çıxacaq... aləmiqatacaq bir birinə... sonra adamlar kimə inanacaqlarını bilməyəcəklər... sonrainanmaqdan vaz keçəcəklər...sonra yenə belə olacaq hər şey...) əbədi olaraqdavam edən xaos, anlaşılmazlıq...)”.

Eh, mənim xarakterim. İmkan vermir susum. Dilim tərpənməyəndə belə,barmaqlarım klaviaturada gəzişir. Gəzişə-gəzişəgəlib bu cümləyə rast gəldim: "Yaxşı adamın tarixini də mütləq yaxşı adamlaryazır. Dünyanın yazılmamış qanunları yazılmış qanunlarından daha sərt və işləkdi”.

Son cümləmdən xoşum gəldi:)))). Ayrıca bir status elədim. Sağolsundostlar, bəyəndilər.

Bu yazışma mayın 16-da olub. O gül müharibəsi isə mayın 15-də başverib. Mayın 17-di, ikisindən köşə düzəldirəm. Rəyləri toplayanda dəyərli yazardostum və ruh əkzim Aynur Elgünəşin statusunu görürəm. Oxuyuram: "Böyüyə yer verməyi kim tərbiyəgöstəricisi sayıbsa, cox səhv edib. Baxırsan ki, adam fəhləlikdən gəlir, əlləriqapqara... Məcburdur metroda, avtobusda qalxib qadina yer versin. Rəfiqələri iləlaqqırtı vurmaqdan qayıdan, yaxud da işdə oturmaqdan yastılanan qadınlar da həminyerdə elə rahat oturur ki, adam az qalir hirsindən partlasin".

Yenə canım getdi əldən. Getdi yerində rəyim qaldı. Bax bu rəyim: 

"Ümumiyyətləyer vermək heç də yaxşı ənənə deyil. Raf marşrutlarının dövründə oturacaqlarınsayı 11 idi. Qapının ağzındakı oturacaqda çoxvaxt "konduktorotururdu. Ayaq üstə duranda mütləq bükülməliydin. Yeri gəlmişkən, mən bir dəfədə bükülüb getməmişəm. Bükülməkdənsə, minməyib, daha boş marşrut gözləmişəm.Əksər hallarda, daha doğrusu həmişə"konduktor yerini ayaqüstə qalan kiməsə verərdi. Fərq etməzdi,yaşlıdı, cavandı, oğlandı, qızdı. Təki bir nəfər artıq sərnişin olsun. Özü dəbelini büküb 1000 dayanacaq yol gedərdi.Bir dəfə dözməyib dedim ki, qardaşım, adam öz yerini 20 qəpiyəgörə kiməsə verməz. Adam öz yerini ümumiyyətlə verməz.Nəticədə yerini, yurdunuitirməli olarsan, necə ki itirdik. Tarixbilir ki, ermənilərə həmişə biz yer vermişik. Lapbaşımıza çıxarmışıq. Kirvəmiz olublar, evimizdəyatıb-durublar. Nəticədə isə 20 ildi ayaq üstəyik,onlarsa bizim yerimizdə oturublar, otururlar, əbədi olaraq oturacaqlar da.Aynur Elgünəşlə yüzdəyü razıyam. İstisnada var. Ancaq uşağa, hansı ki, ayaq üstə dayanabilmir, səndələyir, yer vermək lazımdı,bəlkə də vacibdi. Qulaqcıqlı cavan qıza niyə yer verim axı?Yaşlı qadın və kişi isə çalışıb ayaq üstədayanmağı bacarmalıdı. Ölüm deyil ki... Onsuz da dayanmağı bacarmayan üçün mütləq ayağa duranolacaq. Ancaq ayaq üstə dayanmağı bacarmaq da bir qürurdu, üstünlükdü. Düşünməliyikki, bizə yer verənin özü də ayaq üstəqalacaq. Bəlkə elə o da dayana bilmir. Deməli,hamımız ayaq üstə dayanmağı bacarmalıyıq. Yoxsa meyitdənfərqimiz olmaz ki...

Gördüyünz kimi, günlərim maraqlı keçir. May gülləri də günlərimə rəngqatdı. Belə bir yazı alındı. Biz yazı istehsalçısıyıq. İstehsal olunan məhsulsevinc gətirir. Sevinirəm ki, bir köşəmin də sayı artdı. Dostlar sağolsun.

P.S. Ermənilərin yemək süfrəsinə kütləvi hücumunu əkst etdirən videoyayıldı. Həmkarım Anar Albəndəyev baxıb dedi ki, bizimkilər heç vaxt belə etməz.Üstündən bir gün keçdi. Bizimkilərin güllərə hücumu hadisəsi dillərə düşdü. Təsəllimizvar: düşmən yeməyə hücum edir, biz gülə. Özü də gülə-gülə. Bax belə:)))))


TƏQVİM / ARXİV