adalet.az header logo
  • Bakı 19°C
21 Yanvar 2020 12:49
41507
ŞOU-BİZNES
A- A+

Röyanın alnı şişdi - Məşhurların səhnə qəzaları

Zaman-zaman ekran və efirlərdə və ekranlarda şou-biznes nümayəndələrinin başına qəzalar gəlib və uzun müddət bu qəzalar mübahisə mövzusu olub. Xüsusəndə, mübahisələr ona görə gündəmi məşğul edib ki, tamaşaçılar məşhurların ayıq başla studiyaya gəlmədiyini iddia ediblər. Amma bəzi "qəzalar” var ki, doğurdanda o sırf qəza olub. Bu günlərdə ARB TV-də yayımlanan "Söhbət var”verilişində maraqlı anlar yaşanıb. Xalq artisti Röya Ayxan və Əməkdar artist Abbas Bağırov Dilarə Əliyevanın aparıcısı olduğu verilişdə iştirak ediblər.VerilişdəAbbasın əlindəki dəmir stul Röyanın alnına dəyib. Röya alnının şişdiyini bildirsə də, veriliş dayanmadan davam edib.

Biz də Adalet.az olaraq xırda bir araşdırma apararaq, qəzaya düçar olan şou-biznes nümayəndələrini nəzərinizə çatdırırq.

Xalq artisti Aygün Kazımova Bakının məşhur əyləncə mərkəzlərindən birində baş tutan konsertində yıxılıb.Səhnədə rəqs edən Aygün Kazımova qəfil büdrəyib və bir anda yerə dəyib

Əməkdar artist Almaz Ələsgərli "Space” telekanalında yayımlanan "Hər səhər” verlişində, studiyada yıxılıb.



Aparıcının köməkliyi ilə ayağa qalxan müğənni gülərək vəziyyətdən çıxmağa çalışıb. Almaz bunu nəzərə bağlayıb: "Göz dəydi. Həmişə beləyəm. Mənə çox baxanda yıxılıram. Toya gedirəm, birdən ayağım heç nədən büdrəyir”.

Müğənni Sevda Yahyayeva səhnəyə çıxmadan öncə başına gələn maraqlı hadisələr haqda danışarkən iki dəfə yıxıldığını bildirib:"Mən özüm də bilmədən iki dəfə səhnəyə çıxmağıma az qalmış yıxılmışam. O qədər həyəcanlı və fikirli olurdum, bir də görürdüm ki, yerdəyəm. Əlbəttə, mənim bu yıxılmağıma gülənlər də oldu, pis olanlar da. Düşünürəm ki, bəzən belə şeylər lazımdır. Dostunu, düşmənini tanıyırsan".

Müğənni Şəbnəm Qəhrəmanova çıxış etdiyi restoranların birində, ifasını bitirən müğənni səhnəni tərk edərkən qəza yaşayıb.
O, səhnənin pilləkənlarından enərkən ayağı burxulub və yerə yıxılıb. Müğənninin ayağı bərk əzildiyinə görə, hətta onu xəstəxanaya yerləşdirirlər.



Müğənni Bahar Lətifqızı bir toy məclisində gəlin və bəyin qarşısında ayağı sürüşüb və yıxılıb. Müğənninin köməyinə toyda iştirak edən qonaqlar gəlib. Sözügedən anlar "İnstagram"ın show.portal hesabında paylaşılıb.

Müğənni Aynur Dadaşova "Space"də yayımlanan "Onda başladıq" proqramına qonaq olub. Mahnı oxuyan zaman Aynur yıxılıb. Verilişin aparıcısı Almaz Ələsgərova və digər qonaqlar ona kömək edərək, ayağa durğuzublar. Dadaşova mahnısını oxumağa davam edib. O, daha sonra gülərək "Göz dəydi" sözlərini söyləyib.

"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev "qəza”sı haqqında daha maraqlı şərh verib:Səhnəyə çıxan zaman şalvarım cırıldı. Elə pis cırılmışdı ki, səhnəyə o vəziyyətdə çıxa bilməzdim. O məqamda heç nə fikirləşə bilmədim. Dostlarımdan biri səhnəyə çıxmamağı təklif etdi. Onun bədən ölçüləri mənə uyğun gəlməsədə, onun şalvarını geyinib səhnəyə çıxdım. Elə bil kalqotka geyinib, kablokla səhnəyə çıxmışdım".



Müğənni Zenfira İbrahimova məclislərin birində həmkarları ilə bir araya gəlib.

Əməkdar artist Mətanət İsgəndərli "Yallı" mahnısını oxuyarkən həm də həmkarlarını rəqsə dəvət edib. Bu zaman rəqs edən Zenfira müvazinətini itirərək yıxılıb. Kənardakıların köməkliyi ilə müğənni ayağa qalxıb.

Müğənni Səbinə Selcan həmkarı Türkan Vəlizadənin doğum günündə belə bir xoşagəlməz hadisə yaşamışdı. Belə ki, dəvətlilər siyahısında olan müğənni Səbinə Selcan restoranın pilləkənlərindən başüstə yıxılaraq xəsarət almışdı. Müğənninin yıxılma anı anbaan ARB TV-nin "Show News” kamerasına düşmüşdü. Müğənniyə sənət dostları ilkin tibbi yardım göstərmişdi.

Keçmiş olsun!

Əntiqə Rəşid