adalet.az header logo
  • Bakı 19°C
21 Yanvar 2020 12:02
7229
GÜNDƏM
A- A+

Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata əsasən, səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.