adalet.az header logo
  • Bakı 17°C

Göstəriş üçün yaşayanlar - Eminquey yazır

22063 | 2020-01-21 11:16

Bahalı bir şeytapdın, bir yerə getdin təsadüfən? Şəkil çəkdir və göstər ki, kasıb deyilsən!

300 manat maaşalırsan? Get, 1200 manatlıq son model telefon götür kreditlə. Göstər ki, kasıbdeyilsən!

Brend al, brend!Lap get brendin saxtasını al! Əsas odu ki, brendin adı olsun köynəyində,paltarında. Göstər ki, kasıb deyilsən.

Çağırılan bütüntoylara get. Borc tap, 100 manatdan aşağı yazdırma. Camaat nə deyər? Filankəs oqədər kasıbdı ki 50 manat salıb toya. Göstər ki, kasıb deyilsən.

Övladına ənbahalı konfetlər olan xonçanı bəzət. Ən bahalı gəlinliyi seç. Ən bahalı menyulurestoran tut. Qoy bəylə gəlin bahalı maşın karteci ilə gəlsin evə, restorana.Göstər ki, kasıb deyilsən.

Doğman öldü?Birdən çaşarsan, sadə məzar düzəltdirərsən ha, nəbadə. Qaralı-ağlı mərmərdən,mütləq! Camaat nə deyər? Deməzlər ki, atasına hörmət eləmədi, qıymadı?! Göstərki, kasıb deyilsən.

Balaca evdəyaşa, amma mütləq Cip sür! Qoy kredit olsun, cəhənnəmə. Göstər ki, kasıb deyilsən.

Ailənin boğazındankəs, hər gün bir yığıncaqda dostlarınla keflən. Göstər ki, yeyib-içən adamsan.Göstər ki kasıb deyilsən.

Göstəriş... Göstəriş...Göstəriş...

Bütün bu göstərişlərinalt qatı açılanda da, züy tut, kədərlən.

Məsələn, əslindəhər gün bahalı yerlərdə otura bilmədiyin məlum olanda....

Məsələn, o təntənəlitoydan sonra borca düşdüyün üzə çıxanda...

Məsələn, düşməniniciddiyə almayanda, sonra böyük zərbələr yeyəndə...

Və sairə vəilaxır...

Yekəxanalıq üçünedilən göstərişlərin iflasa uğrayanda qəm eləmə. Səbəb sənin özünsən...

Başına dönüm,heç olmasa şəhidini göstəriş xatirinə ziyarət etmə....

TƏQVİM / ARXİV