adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Yanvar 2020 10:25
37683
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BİR OVQAT ŞEİRİ

Gör nə qədər yükü var
Dünyanın çiynimizdə...
Dünyanın özü kimi ,
Əyilib çiynimiz də!..

Sözüm, nə hədəm ötmür
Bəllidi, nədən ötmür...
Geyim , tay bədən örtmür -
Lüt qalıb əynimiz də...

Hamı çalıb, oxuyuir
Hərə nəsə toxuyur...
Həyat kəfən qoxuyuir -
Məşğuldu beynimiz də...

Vallah sözün yeridi
Tay didilən dəridi...
Gör nə qədər geridi -
Ziyandan xeyrimiz də!

Su çuxura axıbdı
Qapaq qazan tapıbdı...
Allah haqqı yapıbdı -
Buraymış meylimiz də!