adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Yanvar 2020 12:11
32887
İQTİSADİYYAT
A- A+

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 67,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.

Bu barədə Adalet.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.