Şeyxülislama Moskvadan qəfil telefon zəngi

ETİBAR CƏBRAYILOĞLU
97569 | 2020-01-17 17:45

Azərbaycan tarixi mürəkkəb hadisələrlə zəngindir, şanlı qələbələr də var, acı məğlubiyyətlər də. Şəhidlərin qanı ilə yazılan tariximizin 20 Yanvar səhifəsi isə xalqımızın qürur mənbəyidir. 1990-cı ilin həmin soyuq qış axşamı Azərbaycan xalqı sovet imperiyasının həyata keçirdiyi zülmə, haqsızlığa qarşı çıxmaqla öz iradəsini ortaya qoymağı bacardı, 20 Yanvarda və sonrakı günlərdə yüzlərlə şəhid verdi. Lakin şərin təpədən dırnağacan silahlanmış ordusunun, ölüm saçan topunun, tankının qarşısından bir addım geri çəkilmədi. Mübarizliyi sayəsində xalqımız sonda sovet imperiyasına qalib gələrək yenidən müstəqillik arzusuna qovuşdu.

20 Yanvar günlərindəo zamankı hakimiyyət təmsilçilərindən fərqli olaraq, Dini lider, ŞeyxülislamAllahşükür Paşazadə xalqla bir sırada idi. Şeyxülislam həzrətləri Bakıya və Azərbaycanındigər şəhərlərinə qoşun yeridilməsi ilə bağlı göstəriş verən sovet rəhbəriMixail Qorbaçovu və bu məkrli planın həyata keçirilməsində iştirak edən əlaltılarınıpisləyən sərt bəyanatla çıxış etdi. Dünya ictimaiyyətinə səslənərək əlinixalqımızın qanına boyayan cəlladların cəzalandırılmasını istədi. Əsl Azərbaycanövladı və nüfuzlu dini lider kimi beynəlxalq aləmi Bakıda baş verən qanlı hadisələridüzgün qiymətləndirməyə çağırdı.

Bütün QafqazınŞeyxi çox ağır və mürəkkəb günlərdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə o zaman dünyanın diqqətini Azərbaycana yönəldəbildi, informasiya blokadasını yarmağa nail oldu. Çünki sovet rəhbərliyininqoyduğu sərt qadağalar üzündən dünya mətbuatı Bakıda və Azərbaycanın digər şəhərlərindəbaş verən hadisələr barədə informasiya ala bilmirdi. Belə bir məqamdaİtaliyanın dünyaca məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro QanlıYanvar hadisəsindən cəmi bir neçə gün sonra Moskvaya ezam olunur. Tanınmışjurnalistin vacib bir missiyası da var idi. Roma Papası II İoann Pavelin xüsusitapşırığına əsasən Etsio Mauro nəyin bahasına olursa olsun ŞeyxülislamAllahşükür Paşazadə ilə telefon əlaqəsi yaratmalı, Bakıda baş verənləri ətraflıaraşdırmalı idi. Bütün çətinliklərə baxmayaraq italiyalı jurnalist Vatikanbaşçısının tapşırığını yerinə yetirir və Şeyxülislam həzrətləri ilə 40 dəqiqədavam edən telefon danışığı əsasında hazırladığı müsahibəni «Reppublika» qəzetindəçap etdirir. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanınhaqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur.İtaliyanın"Reppublika” qəzetində dərc edilən həmin müsahibəni şanlı tariximizin qəhrəmanlıqsəhifələrindən sayılan 20 Yanvar hadisələrinin 30-cu ildönümü ərəfəsindəoxucuların diqqətinə təqdim edirik.

"... Bakıya qoşunyeritmək haqqında qərar səhv, özü də dəhşətli səhv idi. Mən tankların əleyhinəyəmvə elə düşünürdüm ki, Qorbaçov da əleyhinədir. Yenidənqurmanın taleyi bu qədərgünahsız insanın ölümünə haqq qazandırmaz”. "Peyğəmbər əleyhissəlambuyurmuşdur: "Əgər siz bir nəfəri öldürürsünüzsə, demək olar ki, bütüninsanlığı öldürürsünüz”. Dünən və bu gün burada bilirsiniz nə qədər adamıtorpağa tapşırmışıq?! Bu o deməkdir ki, bütöv bir nəsli dəfn eləmişik. Həm dəuşaqlara atəş açmaqla yenidənqurmaya ümidimizi öldürdülər”.

Bu sözləri deyənAllahşükür Paşazadə şəhəri qan çanağına çevirmiş döyüşlərdən sonra Kremli pisləyibtöhmətləndirir. O, Azadlıq meydanından yenicə qayıtmış, orada tabutlar önündəbaş əyərək şəhidlərə rəhmət oxumuş, nəhəng izdiham qarşısında mərhəmətliAllahdan istəmişdir ki, onların qəbirlərini nurla doldursun. 40 yaşlıAllahşükür Paşazadə artıq ömürlük Şeyxülislamdır. Azərbaycanın və bütün regionmüsəlmanlarının ruhani idarəsinin sədri, daha dəqiq desək, Zaqafqaziyanın bütünmüsəlmanlarının mənəvi atasıdır.

Şeyx həzrtələri«Reppublika» qəzetinə müsahibəsində İslamı müdafiəyə qalxır. Qorbaçovuamansızcasına məzəmmət edir, Qərbi, o cümlədən İtaliyanı həmrəyliyə səsləyir:"Mən müharibə istəmirəm, evimizdə uzun müddətdir ki, uzaq müharibənin izigörünür: atam cəbhədə bir ayağını itirmiş, üç dəfə yaralanmışdır. Və mən tələbedirəm ki, xristian qardaşlarımız həqiqəti bilsinlər. İnanıram ki, Vatikanın dasəsini eşidəcəyik. Bütün dünyadan xahiş edirəm ki, bizi başa düşsünlər, bizə tərəfdarçıxsınlar və bizimlə əlaqə saxlasınlar ki, indiki vəziyyətdən xilasolaq”.

- Siz İslamın yaşılbayraqları ilə qara matəm bayraqları altında əvvəlcə nəhəng matəm mərasiminə,sonra isə Şəhidlər parkındakı dəfn mərasiminə başçılıq etmisiniz. Ölülər üçünoxuduğunuz dualarda nədən bəhs edilirdi?

- Mən sağ qalaninsanlara üz tutmuşdum. Özü də bu gün hamımızın keçirdiyi ağrı və qəzəb hissiilə danışırdım. Hakimiyyət orqanlarını ağıla-kamala çağırmağı özümə mənəvi borcbildim. Onları məcbur etmək istədim ki, Ali Sovetin Rəyasət Heyətinin, AliSovetin sədri kimi Mixail Qorbaçovun çox böyük səhvə yol verdiyini etirafetsinlər. Bu gün Azərbaycan xalqını dəhşətli faciədən xilas etmək, daha böyük zərərdənyaxa qurtarmaq üçün yalnız bir yol var. Bu, qoşunları şəhərdən dərhal çıxarmaqyoludur. Bilirəm ki, xalq başqa bir qərarla razılaşmayacaq.



- Axı Qorbaçovda öz müraciətində ağıla-kamala çağırmış, Azərbaycan xalqını millətçilik daşınıatıb vəziyyətdən çıxmağa və xalqı aldadıb Qırmızı Orduya qarşı ölümə göndərənİslam ekstremistlərini hamılıqla pisləməyə səsləmişdir. Siz buna necə cavab verərdiniz?

- Bütün bu hadisələriİslam ekstremizmi ilə bağlamaq düzgün deyil. Bizim dinimiz sülh dinidir. İslamdininə ekstremizm damğası vurmaqda Qorbaçovun başqa məqsədləri var. Xalqımız öz şərəfini müdafiə edirdi. Heç birxalq şərəfinin alçaldılması ilə barışa bilməz. Bu işğal azərbaycanlılar üçündözülməzdir. Camaatımız qəzəblənmiş, əzab-əziyyət çəkmişdir və bu dəhşətli faciəhaqqında həqiqətdən tam xəbərdardır.

-Bəs bu həqiqət nədənibarətdir?

- İndi SSRİ-dədanışılanlar, yəni ordunun "silahlı ekstremistlərə” atəş açmağa məcbur olduğubarədə söz-söhbət yalandır. Məsələn, bu gün bir həkimi və 14 yaşı yenicə tamamolmuş bir oğlanı dəfn etmişik. "Ekstremist” bunlardır? Əsgərlər "Təcili yardım”maşınına güllə atıblar. Budurmu "Azərbaycan problemi”nin həlli? Mən heç cürinana bilmirəm ki, Moskvanın bildirdiyi kimi, başqa çıxış yolu tapmaq mümkündeyildi.Qorbaçov təcrübəli siyasətçidir. O, dünyanın demək olar ki, bütünölkələri ilə ümumi dil tapıb. Hətta Reyqan kimi bir adamı ələ ala bilib. Birgörün, indi nələr baş verir! Qorbaçov bir yandan sülh haqqında əcnəbi ölkələrləmüqavilələrə qol çəkir, digər tərəfdən isə öz xalqına qarşı qoşun göndərir.

- LakinZaqafqaziyaya qoşun göndərməzdən əvvəl Moskva iki il gözləmişdir: əsgərləri işəqarışmağa, qırğınlar törətməyə məcbur etməmişdir ki?

- Moskva lap əvvəldənbirtərəfli mövqe tutub - erməniləri müdafiə edir, müsəlmanları isə pisləyir.Biz bunu çoxdan hiss etmişik. Təkcə bir misal çəkim, ermənilər sərhəddəki birAzərbaycan kəndinin bütün sakinlərini qovub, haqsız qan töküb, kəndi işğaledibblər. Lakin bu barədə heç kimdanışmır, təqsirkarları heç kim pisləmir, günahsızlara heç kim arxadurmur.

-Siz Bakıda ermənilərəleyhinə talanları pisləmisinizmi

- Mən talan sözünənifrət edirəm: istər azərbaycanlı talanı olsun, istər erməni, istərsə dərus.

- Ancaq indi Sovetİttifaqında bir növ İslamı ittiham edirlər. Siz İslamı necə müdafiə edəcəksiniz?

- Biz çox gözəlbilirik ki, Moskvadakı bəzi adamlar yaranmış vəziyyət üçün təqsiri İslamdininin boynuna atmaq istəyirlər. Lakin bu ittiham qətiyyən ədalətli deyil. Mənheç cür inana bilmirəm ki, dinimiz haqqında müəyyən təsəvvürü olan adam İslamıpisləsin. O ki qaldı azərbaycanlılara, indi həmvətənlərim İslama daha çox ümidbəsləyir, daha çox ehtiram göstərir. Ekstremist adlandırılan xalqımızın ikimilyon nümayəndəsinin qırğının ertəsi günü misli-bərabəri görünməmiş nəhəng dəfindəsəbrlə, təmkinlə iştirakı dediklərimizə əyani sübutdur. İslam - həqiqət deməkdir.Həqiqət isə həqiqətlə, düzlüklə müdafiə olunmalıdır.

- Yəqin ki,Qorbaçovun bəyanatı ilə tanışsınız. Həmin bəyanatdan belə çıxır ki, SSRİ-dənayrılmaq və onun əsasında İslam dövləti yaratmaq uğrunda separatçı hərəkat fəaliyyətgöstərir. Bu doğrudurmu?

- Bu istiqamətdə fəaliyyətgöstərənlər olsa da, onların sayı çox deyil. Qorbaçov bunu məndən da yaxşıbilir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan xalqı həqiqətən də parçalanıb-xaricdə, İranda bizim qan qardaşlarımız yaşayır. Uzun illər ərzindəbir-birimizlə ünsiyyət imkanımız olmayıb, valideynlər isə öz uşaqlarını görəbilmirlər, ailələr ayrı-ayrılıqda yaşayırlar.

Sovet və İran azərbaycanlılarınınkökü eynidir. Bu cür gərginlik təbiidir: adamlar bir-biri ilə sərbəst əlaqəsaxlamaq istəyirlər. Söhbət məhz bundan gedir. İslam respublikası haqqındauydurma qoşun yeritmək üçün bəhanədir. Azərbaycan xalqı bunu heç vaxtbağışlamayacaq!

-İran və Türkiyədənkömək gəlirmi?

- Bu qardaş ölkələrinköməyinə ehtiyacımız yoxdur. Bizə başqa şey daha çox gərəkdir. Məsələn, artıqneçə gündür ki, televiziyasız qalmışıq. Ölkədə bizim haqqımızda yalan və ədalətsizsözlər söyləndiyini başqa mənbələrdən öyrənsək də, onlara cavab verməyəimkanımız yoxdur.

- Bu gün Azərbaycanmüsəlmanları adından Qorbaçova nə demək istərdiniz?

- Demək istərdimki, onun Bakıya qoşun yeritmək haqqında qərarı səhv, özü də dəhşətli səhv idi.Mən tankların əleyhinəyəm. Belə düşünürdüm ki, Qorbaçov da əleyhinədir. Yenidənqurmanıntaleyi bu qədər günahsız insanın ölümünə haqq qazandırmaz.

- DaşkənddənUfayadək, Şimali Qafqazdan Zaqafqaziyayadək geniş bir ərazidə yaşayan Sovetİttifaqı müsəlmanlarının indi Moskvaya qarşı qalxmaq təhlükəsi varmı?

- Mən bütün sovetmüsəlmanları adından danışa bilmərəm. Həm də söhbət yalnız müsəlmanlardangetmir. İndi qarşıda ümumi xarakterli problemlər durur. Əsas məsələ bundadırki, təkcə müsəlmanlar yox, bütün xalq öz üzərində faciə ilə müşayiət olunan birədalətsizlik hiss edir.

- Bu cür ağır,qanlı böhrandan necə çıxmaq olar?

- Təkcə bir yolvar... Əgər hələ ağıl-kamal varsa, əgər hələ vicdan varsa, ordu Bakıdan mümkünqədər tez çıxarılmalıdır. Özü də son əsgərə qədər... Vəziyyət çox ağırdır. Hərbir xalqın öz tarixi, öz etiqadı, öz mənliyi var. Bütün bunları əsas götürübinamla deyə bilərəm ki, Azərbaycan xalqı heç vaxt təslim olmayacaq.

- Bütün gününüz dəfndəkeçib. Bakıda toqquşmalar zamanı nə qədər adam həlak olub?

- Adamların necə həlakolduğunu hər gün görürəm. Yaralılar həm xəstəxanalarda, həm də öz evlərindəölürlər. Onlara baxarkən Peyğəmbər əleyhissəlamın sözlərini xatırlayıram: "Adamlarlaonların dilində danışın, çünki onlar İnamı müqəddəs dini sözlər vasitəsi ilə dərkedirlər, qüvvə vasitəsi ilə yox”.

Bakıda isəzorakılıq ədalətli sözü əvəz edir. Bazar ertəsi yüzdən çox adam dəfn olundu. Dəfnbu gün də davam edir. Sabah da dəfn mərasimi var. Eybəcər hala salınmış meyitləri,hətta əlləri, ayaqları dəfn edirik. Bugünkü Bakıda real vəziyyət belədir vədünya xalqları bunu hökmən bilməlidirlər.

İtaliyalı jurnalistEtsio Mauronun bu müsahibəsi "Reppublika” qəzetində işıq üzü gördükdən sonraAvropa ölkələrində böyük əks-səda doğurur. Təsadüfi deyil ki, İngiltərənin"İndepedent”, İspaniyanın "Pais” kimi nüfuzlu nəşrləri öz səhifələrində buyazıya geniş yer ayırırlar.

Həmin dövrdəZaqafqaziya Müsəlmanları Ruhani İdarəsi adlanan Qafqaz Müsəlmanları İdarəsiitaliyalı jurnalistin hazırladığı yazının mətnini əldə etdikdən sonra onun tərcüməsinihazırlayır və Azərbaycanda fəaliyyət göstərən aparıcı KİV-lərin redaksiyalarınagöndərir. Lakin respublikada hökm sürən fövqəladə vəziyyət üzündən müsahibəninAzərbaycanda çapı mümkün olmur.Yalnız bir il sonra belə bir imkanyaranır. Mərhum jurnalist Hacı Akif Ağayevin redaktorluğu ilə Zaqafqaziya MüsəlmanlarıRuhani İdarəsinin nəşri kimi çap olunan və geniş auditoriya qazanan "İslam” qəzeti1991-ci il 3 yanvar sayında Şeyxülislam Allahşükür Paşazadənin italiyalıjurnalistə verdiyi müsahibəni doğma dilimizdə oxuculara çatdırır.

Yazınınhazırlanmasında göstərdikləri köməyə görə Qafqaz Müsəlmanları İdarəsininAnalitik təhlil və Araşdırmalar şöbəsinin əməkdaşlarına minnətdarlığımıbildirirəm.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV