Əbülfət MƏDƏTOĞLU: XİLAS YOLU

ƏBÜLFƏT MƏDƏTOĞLU
43041 | 2020-01-18 10:09

Həyat bir gözqırpımı olmaqla yanaşı, həm də uzun, lap uzun bir yoldu. Bunu elə-belə demirəm.Çünki uşaqlıq xatirələrimə baş vuranda o yolun uzunluğu gəlib dayanır gözümünqarşısında. Yəqin sizdə də olur belə hallar. Axı biz uşaq yaşımızda olandaözümüzdən böyüklərə zaman baxımından heyrətlə baxırdıq. Fikirləşirdik ki,filankəs 80-85 il yaşayıb və yaşamaqdada davam edir. Bu qədər də qaşamaq olar? İndi özüm 60-ın sərhəddini keçmişəm..Və düşünürəm ki, pah attonan... Əsrin yarısının kürəyini yerə vurmuşam. Zarafatdeyil, bir anın ömür olduğunu, bir ilin ömür sayıldığını təsəvvür edəndə 60-ınqarşısında heyrətlənməmək mümkün deyil...

Doğrudur, ömrüyazan da, verən də Tanrıdı. Ona ömür adlı kitabına kimsə əl uzada bilməz. Bukitab elə möhürlənib, surquclanıb ki, onu yalnız Tanrı özü aça bilir. Açılandada bir ömür bitir. Təbii ki, cismani mənada. Və...

Elə bu günlərinsöhbətidir. Dəyərli dizaynerimiz Şamxalla gecə növbəsindən evə gedirdik. Söhbəthəyatdan, ömürdən düşdü. Buna da səbəb yolda gördüyümüz qəza oldu. Gənc dostumqırılan ömür üçün təəssüfləndi. Amma sonra da məni biləndərlik hesab edib dediki, müəllim, yəqin dünyasını dəyişən ömrünün davamını o tərəfdə yaşayacaq.Açığını deyim ki, onun zarafat etdiyinidüşündüm. Sonra gördüm yox, fikrində ciddidi. Qəlbinə dəymədim. Yavaşcadedim ki, o tərəfdən nə məktub almışam, nə də mesaj. Və orda kimin yaşadığını vəömrünü davam etdirdiyini də bilmirəm. Ümumiyyətlə, Allah heç kimə demir, heçhiss də etdimir ki, ona nə qədər ömür verib. Və bu ömrün davamını da axirətdəyaşayacaq. Əgər insan belə bir bilgiyə malik olsa, ən kiçik çətinlikdə özünə ölümüseçər, axirətin rahatlığı üçün ordakı xoş günlər naminə. Təbii ki, bu mənim özdüşüncəmdi. Bunu mən nə müqəddəs kitabımıza, nə də din xadimlərimizə istinadedib demirəm. Öz məntiqimlə belə düşünürəm. Və bir də içimdəki duyğular mənimlə birömürdü ki, sirdaşlıq edən sevgi bu qənaəti yaradıbdı. Lap çılpaq desəm,sevgidən doğulubdu bu inam, bu fikir. Çünki mən Allahın Yer üzünü də, bəndələridə, bütün canlı-cansız təbiəti də məhz sevgidən yaratdığına birmənalı inanıram.Nəhayət, mən sevgisiz həyat təsəvvür etmirəm. Ona görə də hər zaman o sevginin özünə sığınıb duyğularımımisralara çevirirəm. Yazıram ki:


Alovlanır içimdə

Yandırdığınocaq, şam...

Sənə doğruqaçıram –

Havalı tək, ayadam...


Bir səmt göstər,yönəlib

Durum orda birhovur...

Səbrim daşa dirənib–

Məni içimdənqovur...

           

Söz də çatmırhayıma

Tikanlayıbdı qələm...

Dərd avansdıpayıma –

Ödədiyimsə sələm...


 Bu ocağı, buşamı

Bir dam altınagötür...

Sən ay Tanrıadamı,

Məni dərgahaötür...


Hə, bu şeirinovqatı bəlkə də könlünüzcə olmadı. Lakin mən bu şeiri də sevgiylə yazmışam, həmdə sevdiyimə yazmışam. Bilmirəm, o necə qarşılayıb. Sadəcə olaraq, şeiri qəlbimətoxum kimi səpən Tanrı, mənə bu ilhamı, bu şövqü bağışlayıb, məni yönəldib. Vəmən də o söz çəmənindən ruhumun pıçıltılarına uyğun seçim etmişəm. Nəticədə dəcan atdığım sevgi bütün sevgilərin zirvəsi olur. Axı o zirvədə dayanan bəndə dəTanrı sevgisindən yaranıb və mən də məhzonunla təmas qurub Tanrıma qovuşmağa çalışıram!..


***

Yaşadığımzamanın bütün ovqatı tarıma çəkilib. Baş verən hadisələr istər siyasi, istər təbiiproseslər dünya coğrafiyasının özündəki təlatümlər bu və ya digər şəkildə bizədə təsir göstərir, səndən də, məndən də yan keçmir. Ona görə də sıxıntı vəstreslər azalmaq yox, artmaq yolunu tutub. Onun ölçü vahidi, dərəcəsi yüksəlməkdədir.Bax, belə bir durum da dayanıqlı olmaq, büdrəməmək, ən azından olduğun kimiqalmaq özü bir qəhrəmanlıqdı. Düzdü, bəzən bir qəhrəmanlıq anlayışını da minyerə yozuruq, onun da damarına nəyisə qatmağa, onun da başında turp əkməyəçalışırıq. Amma mənim inamıma görə, olduğun kimi olmaq, olduğun kimi qalmaq vəbunu da həyat kredona çevirmək özü bir qəhrəmanlıq simvoludu, obrazıdı. Bu həmdə dəyişməzlikdi, bütövlükdü. Təbii ki, bunun içərisində ən böyük hakim inanc, əqidəvə bir də qətiyyət dayanır. Əsən küləyin, qopan tufanın, edilən basqıların həminsaydığım şərtlərə, nüanslara heç bir təsiri olmur. Bax, bu da mənim inandığım qəhrəmanlığınözü deməkdir!..

Dedikləriminmahiyyətinə varanda qarşıya bir neçə sual çıxır. Onlardan ən birincisi zamanlaanlaşmaq, yoxsa ona qarşı çıxmaqdı. Bu sual ətrafında günlərlə müzakirə açmaqolar. Çünki hər kəsin öz baxış bucağı, öz fikri, öz məntiqi var. Və deməli, hər kəs də öz fərdifikriylə ortada olacaq. Bu fikir də ya zamana qarşı çıxacaq, ya da zamanlaanlaşacaq. Özü də fikir sahibinin məntiqiylə, yanaşma üslubuyla. Mən isə özmütaliələrimə, əldə etdiyim informasiyalara və bir də mühakimə qabiliyyətiməgörə bu qənaətdəyəm ki, selə qarşı üzmək hardasa bir dəlilikdi. Amma selin səmtinidəyişməyə cəhd göstərmək bu, yumuşaq desəm, fədakarlıqdı. Yəni bir damcı iləodu söndürmək cəhdi də qəbul olunandı. Bütün imkanlardan istifadə edib yanğınınəhatəsini daraltmaq, onu söndürmək də. Yəqin ki, söylədiyim bu fikirlərdən sizdə nə demək istədiyimi duydunuz. Hiss etdiniz ki, mən zamana qarşı yox, zamanamüsbət çalarlar qatmaq yoluna meylliyəm. İstəyirəm ki, böyük şairlərin dediyikimi, zamana da, dünyaya da hakim yalnız sevgi olsun. Göz yaşları yaşadan, həsrətidilimizin qabarına, ürəyimizin ağrısına çevrilən, vüsalı gecikdirib hicranı şərəfləndirənsevgiyə. Məhz bu sevgi dünyanı xilas edəcək, zamanı insanların istəyinəuyğunlaşdıracaq. Onda da mən yenə üzümü sənə tutub deyəcəm:


Ürək şüşə, göz dəyaş

Çətin yanır közdə,yaş...

Dilindəki söz dədaş –

Dillənib atüstünə!


Ümid çınqı, ah dəniz

Düşər, yanar,gah dəniz...

Dərdə hakim şahdəniz –

İlğım tək yatüstümə...


Əl soyuq, yerişağır

Baxışım buludsağır...

Gör necə sakitbaxır –

Qoyub hər adüstümə...


Baxın, amma keçməyin

Sahibiyəm heç nəyin...

Mənə sevinc seçməyin–

Düşəcək çatüstümə...


Hələ kipriksilirəm

Arsız-arsızgülürəm...

Qabaracaq bilirəm–

Bir gün həyatüstümə!..


Bax, budur mənimyaşadığımın bir mənzərəsi, bir anı. Bu yaşananın içərisində zaman da var,gileyini etdiyim həyat da. Amma burda ən önəmlisi odur ki, yaşanan və yaşadanSevgidi! Bunu unutmadığım, xəyalımdan, yuxumdan uzaq salmadığım üçün onunlabir-birimə söykənib həyatın da, zamanın da bir hissəsinə çevrilmişik. Təbii ki,bizə görə bu, müsbət bir hissəcikdir. Sizə görə isə?.. Bu cavab sizə aiddir. Mənisə elə ovqatın bu məqamında yenə misralara, yenə şeirə üz tuturam. Bilirəm ki,orda səninlə birlikdəyəm, orda bir-birimizi daha yaxşı anlayıb, daha yaxşı dəyərləndiririk.


Neynirsən nişanalıb

Necə atsan dəyəcək...

Ağlım gülləndəqalıb –

Dəyib, məni əyəcək!..


Boş ver qayğıyükünü –

Xurcun etməçiyninə...

Daraqdakı tükünü–

Gətirmə, heçeyninə...


Ürəyinin odunu

Ruhuna havadaret...

Unut onun adını–

Görmə, lapüstündən get!..


Çırp daşa əsəb kimi

Yat, nə varsaiçində...

Bitsin, qoy əzabkimi –

Həyat, mənimüçün də...


Neynirsən nişanalıb

At, əlində nəvarsa...

Dəyəcək, təkiqorxma –

Məni, sən qanaparsa!..


***

Yazımın əvvəlindəyaşamdan, ömürdən, həyatdan, zamandan söz açdım. Elə yazı boyu da düşündüklərimibilgisayara diqtə edə-edə həyatın, zamanın elə bu yazının doğulma müddəti həcmindəcizgilərini ifadə etməyə çalışdım. İstədim ki, hər şeyin özümüzə, öz sevgimizəbağlı olduğunu müxtəlif işarələrlə bir daha nəzər nöqtəsinə çıxarım. Və bir dəistədim ki, dəyərli oxucularımın sevgidünyasına bir mesaj ötürüm. Və onlara xatırladım ki, gözəllik də sevgidi. Onagörə deyiblər ki, dünyanı gözəllik xilas edəcək. Bax, bu inancla da yazı boyuiçimdəki, varlığımdakı sevginin nazını çəkdim. Onu vəsf etməyə, onu layiqolduğu səviyyəyə köklədim özümü.

Bilmirəm, bu istəyim,bu niyyətim, sizi razı saldı, yoxsa yox. Amma içimdən gələn səslər, ruhumunpıçıltıları mənə dedi ki, hər kəsin urəyi tutumunda sevgisi var. Ona görə oxucuməndən inciyə bilməz. Axı mən onun sevgisini tərənnüm edirəm, onun sevgisinə dəyərverirəm. Demək istəyirəm ki, sevgidən başqa hər şey yalandı. Sevgi ölümsüzlüyünbir nişanəsi, bir göstəricisidi. Axı o, haqdan gəlir. Və elə "Ol!” sözü də, ohökmün səslənməsi də sevginin özü deməkdi!..

Bax, bu yerdəyenə sevgi döyür ürəyimin qapısını, ruhumun pəncərəsini. Ordan gələn səsdə isəbu misralar əks olunur.


Bir kimsə bilmirki, nə axtarıram

Yenə dolaşıram tək,küçələri...

Tanış ünvanlardabir an dururuam –

Sən də yaddaşınaək, küçələri!..


Bu sahil, bubulvar, bu da Təzəpir

Ruhumuz da birdi,cismimiz də bir!

Gətir qulağınasöyləyim bir sirr –

Bölüb eyləmişəmlək, küçələri...


Nağıldı səninləötən anlarım

İçimdə nur kimibitən anlarım...

Sənsizyaşanmayan – itən anlarım,

Qəlbimə şırım təkçək, küçələri...

        

Susub boylanıramindi bəridə

Qatıb bir-birinəxeyir, şəri də!

Götür, as qəlbimikiprik şəridə -

Edibdi özünə həkk,küçələri...


 Ömrü yarma edibdərd kirkirəsi

Bəxtin dil bilməyənsərt kirkirəsi...

Məni də sevməyənbu Yer kürəsi –

Deyir avaralan,səkk küçələri...


... Bəli, bütünbaşlanğıclar hardasa bir sona gəlib çatır. Elə bütün yazılar da sonda bir nöqtəyləyekunlaşır. Bircə Tanrı yazısıdı ki, harda yekunlaşacağı, necə yekunlaşacağı məlumdeyil. Hətta onun yekununda qoyulacaq işarəni də təxmin etmək mümkün deyil.Görünən, bilinən odur ki, yazı başlanır, yazılır və... Bax, mənim bu yazım dabaşlandı, yazıldı və indi də bitmək üzrədir. Təbii ki, bu an üçün... Onundavamı içimdə, ürəyimdə yazılır. Çünki yazı boyu dediyim sevgidi içimə, ürəyiməhakim. Və mən də o sevgiylə elə o sevgi üçün də yazıram!..


TƏQVİM / ARXİV