adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Yanvar 2020 15:40
17776
MƏMLƏKƏT
A- A+

Ötən gün yol qəzalarında iki nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 36 cinayətin üstü "isti izlər”lə açılmışdır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.