adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Yanvar 2020 14:44
21637
GÜNDƏM
A- A+

Zakir Həsənov Anjey Kaspşiklə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Bu barədə Adalet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.