adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Yanvar 2020 12:20
15108
GÜNDƏM
A- A+

Heç bir qadın "Pərişan"olmasın...!

Son günlər Aprel döyüşlərində Şəhid olmuş pilot mayor Təbriz Musazadənin həyat yoldaşı, "Şəhid övladları və kimsəsiz uşaqlara yardım" İctimai Birliyinin sədri və nəhayət bir azərbaycan qadını olan Pərişan Musazadənin ətrafında xoşagəlməz müzakirələr davam edir.

Şəhid ailələri ən əziz, yaxın, doğma insanlarını Vətənimizin bütövlüyü, azadlığı uğrunda fəda etmiş ailələrdir. Güman edirəm ki,mediada və KİV-də yayılan bəzi xoşagəlməz informasiyalar barədə irad bildirməyə mənəvi haqqımız vardır və bu müzakirələr hər şeydən əvvəl şəxsi həyata müdaxilə,şərəf və ləyaqətin alçaldılması və beləliklə insan hüquqlarının pozulmasıdır.

Biz,Azərbaycan ictimaiyyəti Azərbaycan gəncliyinə, övladına hər zaman və hər yerdə Şəhidlərimizi və onların döyüş yolunu nümunə göstərməliyik. Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri dəyərləri yaşatmalı və təbliğ etməliyik.Cəmiyyət düzgün və sağlam informasiya ilə təmin edilməlidir.Daha bəzi KİV, sosial şəbəkələrdə bizim müqəddəs bildiyimiz dəyərlərimizi müzakirə obeyktinə çevirməklə, Şəhid adına yaraşmayan ailə-məişət problemlərini gündəmə gətirməklə və geniş müzakirə mövzusuna çevirməklə xoşagəlməz ictimai rəy yaratmalı deyilik. Xatırladım ki, Şəhid ailələrinin daxili ailə problemi ictimai müzakirə mövzusu ola bilməz! Bu zaman biz cəmiyyət olaraq dəyərlərimizə və sayğı duyduğumuz insanlara inamı itirəcəyik.

Gəlin,azərbaycan qadınının şəxsi həyatına müdaxilə edərək,şərəf və ləyaqətini bu və ya digər formada müzakirə edərək insan hüquqlarının pozulmasına rəvac verənlərə mane olaq.

Mane olaq ki, heç bir Azərbaycan qadını "pərişan" olmasın!!!