adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Yanvar 2020 17:22
18867
SİYASƏT
A- A+

Rusiyanın yeni Baş Naziri məlum oldu

Rusiya Federasiyasının yeni Baş Naziri məlum olub.

Bu gün Dövlət Dumasında bununla bağlı müzakirələr keçirilib, fraksiya rəhbərləri çıxış ediblər. Daha sonra məsələ səsverməyə çıxarılıb. 383 deputat lehinə səs verib, 41 deputat isə bitərəf qalıb.

DeputatlarPrezidentVladimir Putin tərəfindən Baş Nazir vəzifəsinə namizədliyi irəli sürülmüş Mixail Mişustinə etimad göstəriblər. Bununla da, Mixail Mişustin Rusiyanın Baş Naziri seçilib.

Xatırladaq ki, ötən gün Rusiya hökuməti tam tərkibdə istefaya gedib. Bundan sonraPrezidentVladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşərək ona ölkənin Baş Naziri vəzifəsini təklif edib. Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.(modern.az)