adalet.az header logo
  • Bakı 20°C
18 Yanvar 2020 12:00
68398
ŞOU-BİZNES
A- A+

Aparıcıların açıq geyimi - qapanmayan mövzu...

Son zamanlar müğənnilərdən sonra aparıcılar da geyimlərində açıq saçıqlığı ilə gündəmə gəlirlər. Əslində lap əvvəllər də aparıcılar tamaşacıların və sosial şəbəkə istifadəçilərin güclü tənqid atəşinə tutulmuşdular. Məsələn, "ANS" telekanalının aparıcısı Elnarə Təhməzova "İncə+" verlişini hamam geyimində aparıb. Mövzuya uyğun olaraq başında qətvə, əynində ağ, hamam xalatı ilə efirə çıxan aparıcı guya ilkə imza atıb. Belə yenilik etdiyini iddia edən E. Təhməzovanın bu geyimi sosial şəbəkə istifadəçiləri tərəfindən yaman qınaq obyektinə tuş gəlib. Daha sonra aparıcı Mətanət Əliverdiyeva canlı yayımda "şpaqat” açdı

Şpaqat açan aparıcının qabağı yarıq paltarı bir az da cırıldı.

Mətanət Əliverdiyevanın bu şousu nə studiyada olan, nə də ekran qarşısında olan tamaşaçıların nəzərindən qaçmadı.



Aparıcısı Mələk Heydərova bəzil məşhurların əzalarını "çöldə” qoymasına münasibət bildirib, hətta onları müdafiə də edib : "Gözəllik heç bir zaman insanın başına bəla olmur, əksinə, insana daha çox işlərdə kömək olur. Düzdü, söhbət münasibətlərdən gedirsə, gözəlllik kişinin qadını daha çox qısqanmasına gətirib çıxarır. Amma işlərimizdə, karyerada gözəllik daha çox köməklik edir, çünki, efir gözəllik tələb edir. Əgər bir az gözəl görünüşün varsa, səni izləyənlərin sayı daha artıq olacaq.


Geyimləri, hərəkətləri ilə gündəmdə qalmaq, reklam olunmaq. məşhura çevrilmək istəyənləridə aparıcı Fatimə Vüsalqızı bir müsahibəsində müdafiə edib. Ona ailəli kişilərlə münasibət qurduğunu soruşan müxbirə hamını şok edən bir cavab verib və hətta belə addımı normal bir hal olduğunu iddia edib:

"Öz reklamıma görə evli kişi ilə münasibət hə deyərəm. Ən əsası da sevirəmsə, müsbət cavab verərəm. Mənə qarşı tənqidlər və söyüşlərə əhəmiyyət vermirəm. Ailəli kişini də sevə bilərsən, subay kişini də. Sevgi sərhəd tanımır".

Qeyd edək ki. ötən gün aparıcı Vüsalə Əlizadə transparan geyimi ilə verliş apardığı üçün hazırda sosial şəbəkə istifadəçilərinin əsas mövzularıdır.

Əntiqə Rəşid

Adalet.az