adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Yanvar 2020 14:02
10813
GÜNDƏM
A- A+

“SOCAR” şirkətinin filialına hücum edilib - GÜRCÜSTAN

Gürcüstanın Kobuleti şəhərində "SOCAR Georgia Gas” şirkətinin filialının xidmət mərkəzinə hücum edilib.

Bunu mətbuata Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, naməlum şəxslər mühafizə xidmətinin əməkdaşına hücum edərək əl-qolunu bağlayıb və ödəmə terminalını soymağa çalışıblar. Lakin onlar pulları oğurlaya bilməyib:

"Hamı sağ-salamatdır. Bu, artıq üçüncü belə haldır, biz indi bu halların qarşısının alınması üçün kameralar quraşdırırıq”.

Hazırda polis cinayətkarların axtarışlarını aparır.