adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Yanvar 2020 10:57
36067
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: KÜÇƏLƏRİ...























Bir kimsə bilmirki , nə axtarıram

Yenə dolaşıram tək, küçələri...
Tanış ünvanlarda bir an dururam -
Sən də yaddaşına ək, küçələri...

Bu Sahil ... bu bulvar, bu da Təzəpir
Ruhumuz da birdi, cismimiz də bir!
Gətir qulağına söyləyim bir sirr-
Bölüb eyləmişəm lək, küçələri!

Nağıldı səninlə ötən anlarım...
İçimdə nur kimi bitən anlarım...
Sənsiz yaşanmayan - itən anlarım -
Qəlbimə şırım tək, çək küçələri!

Susub boylanıram ordan bəridə...
Qatıb bir-birinə xeyir-şəri də!
Götür as qəlbimi kirpik şəridə -
O edib özünə hək küçələri!

Ömrü yarma edir dərd kirkirəsi
Bəxtin dil qanmayan sərt kirkirəsi!
Məni bəyənməyən bu Yer kürəsi -
Deyir, ay Əbülfət, sək . küçələri!