adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Yanvar 2020 10:15
11894
GÜNDƏM
A- A+

Bakıda 39 yaşlı kişi narkotikin təsirindən xəstəxanada öldü

Bakıda narkomaniyadan əziyyət çəkən şəxs həyatını itirib.

Adalet.az-ın məlumatına görə, hadisə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində baş verib.

1981-ci il təvəllüdlü Hüseynov Ceyhun Vahid oğlu kəskin psixoloji maddədən zəhərlənmə ilə1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Müalicələrə baxmayaraq, C.Hüseynov xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, C.Hüseynov narkomaniyadan əziyyət çəkirmiş.