adalet.az header logo
  • Bakı 20°C
17 Yanvar 2020 08:20
26848
ŞOU-BİZNES
A- A+

Qadağanın sonu: “Sevqilisiniz, danmayın!”

"Yazırlar ki, "sevgilisiniz, danmayın!”Xatirə hərdən yüngül səhv edə bilər. Amma evdə anası deyir ki, bir problem olanda Vasifə zəng vur.Bizim duet ortaqlığımız bitə bilər, ancaq dostluğumuza xələl gəlməz”, - deyəVasif Məhərrəmliqalmaqallı məsələyəmünasibət bildirib.

Adalet.az xəbər verir ki, bunu məşhur müğənni Xatirə İslam həmkarı, Əməkdar artistVasif Məhərrəmli ilə ATV-də yayımlanan "ATV Şou” verilişində deyib. Hər iki sənətçi sosial şəbəkə izləyiciləri tərəfindən dilə gətirilən "sevgili” olmaları iddialarına canlı efirdə cavab veriblər.

Xatirə isə əlavə olaraq bildirib ki, duet ortaqları arasında başqamünasibətlər də ola bilər:” Bizim üçün də yazırlar ki, sevgilidirlər. Amma Vasiflə 20 ildir ki, dostuq. Ömründə belə bir şey olmaz”,

Qeyd edək ki, ötən ay Əməkdar artist Vasif Məhərrəmli duet ortağı, müğənni Xatirə İslama qadağa qoymuşdu. Yadınızdadırsa, Xatirə "Ən yaxşısı" verilişində bu haqdadanışaraqbildirmişdi ki, Məhərrəmli ona həmkarlarını izləməyi qadağan edib:

"Vasif İnstaqramı yeni açmışdı, onu izləmirdim. Məndən küsmüşdü. Sonra qayıtdı ki, İnstaqramda müğənnilərdən ancaq məni izlə, o biriləri sil".

Əntiqə Rəşid