adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Yanvar 2020 09:16
148153
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Rafael Dadaşov - xəstəliyin və yaşlılığın verdiyi məyusluq

Xırda, epizodik, böyük –fərq etməz, bütün rolları ilə xalqın qəlbində özünə yer alan Xalq artistiRafael Dadaşov son zamanlar xəstələnməsi, səhhətindəki ağırlaşmalar onu sevənlərin hamısını məyus edib.

Adalet.az xəbər verir ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Hazırda ağır dönəmlər yaşayan sevimli aktyorun səhhəti haqqında ictimaiyyət tez-tez maraqlanır və ona tezliklə sağaılmağı arzulayır.

Bu günlərdə tanınmış "viner” Elçin Xalq artistini evində ziyarət edərək, onunla birlikdə foto çəkdirib.

Ciyərinə su yığılan Xalq artistinin arıqlayaraq, xeyli çəki atması fotodan aydın sezilib. Bununla yanaşı, sənətkarınbir neçə ay içərisində saçının və saqqalının tam ağarması da nəzərlərdən qaçmayıb.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏliyevaXalq artisti Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

Əntiqə Rəşid