adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Yanvar 2020 16:12
14521
HADİSƏ
A- A+

Ağac kəsən şəxs cəzalanıb

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində ağacların kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı ağacların Cəlilabad rayonu Günəşli kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi məlum olub və faktla bağlı akt tərtib edilib.

Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Cəlilabad rayon Prokurorluğuna göndərilib.