adalet.az header logo
  • Bakı 20°C
14 Yanvar 2020 16:19
11572
HADİSƏ
A- A+

Keçmiş məhkum paytaxt sakinini hədələyərək 3000 dollarını alarkən saxlanılıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş müraciət əsasında əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini, əvvəllər qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, dələduzluq, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və xuliqanlığa görə məhkum olunmuş A.Şirəliyev paytaxt sakini R.Abdiyevi hədələyərək 3000 dollarını alarkən saxlanılıb.